Местоположение: Bakı
OMİD Mağazalar Şəbəkəsi Bakı və regionlarda fəaliyyət göstərən mağazaları üzrə Satış Məsləhətçisi vakansiyası elan edir. İş yerləri Bakı və ətraf ərazilər üzrə: Nərimanov (Ə. Rəcəbli) (bəy) Şərq Bazarı (bəy və xanım) Dərnəgül (bəy) Xırdalan (bəy və xanım) Yeni Yasamal (bəy) Yusifbəyli (bəy və xanım) Badamdar (bəy) Maştağa (bəy) Binə atçılıq (bəy) Sabunçu (bəy) Zabrat (bəy) Məhəmmədi (bəy) Əhmədli (bəy) Radiozavod (bəy) K. Günəşli (bəy) Y.Günəşli (bəy) Masazır (bəy) Sulutəpə (bəy) Regionlar üzrə: Şəmkir (bəy), Cəlilabad (bəy) Vəzifə öhdəlikləri Mağazada satış prosesinin düzgün və keyfiyyətli təşkilini təmin etmək; Müştərilərlə gülərüz və nəzakətli ünsiyyət qurmaq; Müştərilərə məhsullar haqqında ətraflı məlumat vermək; Məhsulların rəf və vitrinlərdə səliqəli düzülüşünü təmin etmək; Qiymət etiketlərinin qiymət siyahısına uyğunluğunu yoxlamaq; Satış sahəsində məhsulların düzgün yerləşdirilməsinə nəzarət etmək; Vitrinlərdə yaranan boşluqları vaxtında aradan qaldırmaq; Şirkətin geyim standartlarına və daxili intizam qaydalarına riayət etmək. Namizədə tələblər Yaş: 18–45; Sadə riyazi biliklərə malik olmaq; Orta, orta ixtisas və ya ali təhsil; Kollec və peşə məktəbi məzunlarına üstünlük verilir; Satış sahəsində iş təcrübəsi arzuolunandır. Əmək şəraiti Əmək haqqı: 580–900 AZN; Rəsmi əmək müqaviləsi ilə işə qəbul; Həftənin 6 günü iş rejimi; 8 saatlıq növbəli iş qrafiki; Şirkət tərəfindən naharla təmin edilmə; Bonus və əlavə imtiyazlar. Müraciətlər yalnız WhatsApp vasitəsilə qəbul olunur. Namizədlər CV-lərini 055 500 91 00 nömrəsinə göndərə bilərlər. Qeyd: Müraciət zamanı yaşadığınız ərazini və çalışmaq istədiyiniz mağazanın adını mütləq qeyd etməyiniz xahiş olunur.