Местоположение: Bakı
Omnivision MMC — Azərbaycanda UNV (Uniview) brendinin rəsmi distribyutoru olaraq, CCTV və təhlükəsizlik sistemləri üzrə fəaliyyət göstərir. Hazırda komandamıza Təhlükəsizlik Sistemləri üzrə Layihə və Satış Koordinatoru axtarırıq. Bu vəzifədə çalışan mütəxəssis yeni layihələrin əldə edilməsindən başlayaraq, layihənin texniki və kommersiya hissəsinin hazırlanması, müştəri ilə danışıqlar və sifarişin bağlanmasına qədər bütün prosesi idarə edəcək.Bundan əlavə Layihə işləyən şirkətlərlə komunikasiya,əlaqələrin qurulması və bütün proseslərin idarə edilməsi. Əsas vəzifələr Yeni CCTV və təhlükəsizlik sistemləri layihələrinin araşdırılması və əldə edilməsi; Müştərilərlə görüşlərin keçirilməsi və ehtiyacların müəyyənləşdirilməsi; Obyektlərə baxış və texniki tələblərin hazırlanması; CCTV sistemlərinin layihələndirilməsi; Kamera, NVR, HDD, PoE Switch və digər avadanlıqların düzgün seçilməsi; Storage və digər texniki hesablamaların aparılması; BOM və texniki spesifikasiyaların hazırlanması; Kommersiya təkliflərinin hazırlanması; Müştərilərlə qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması; Layihələrin UNV tərəfindən qeydiyyata alınması və xüsusi qiymətlərin əldə edilməsi; Layihənin sifariş mərhələsinə qədər koordinasiya edilməsi; Satış sonrası proseslərin və layihənin icrasının koordinasiyası; Mövcud və potensial müştərilərlə uzunmüddətli biznes münasibətlərinin qurulması. Namizədə tələblər CCTV / Security Systems sahəsində minimum 3 il iş təcrübəsi ; IP CCTV sistemləri üzrə yaxşı texniki bilik; Uniview, Hikvision, Dahua və ya digər CCTV brendləri ilə iş təcrübəsi; NVR, HDD, PoE, Network və IP sistemləri üzrə bilik; CCTV layihələndirmə və BOM hazırlama bacarığı; Excel proqramından yaxşı istifadə; AutoCAD biliyi üstünlükdür; İngilis dili biliyi üstünlükdür; Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı; Analitik düşüncə və problem həll etmə bacarığı; Komanda ilə işləmə bacarığı; Nəticəyönümlü və məsuliyyətli yanaşma. Biz nə təklif edirik? Rəsmi əmək müqaviləsi; Rəqabətli əmək haqqı; Satış və layihə nəticələrinə əsaslanan bonus sistemi; UNV tərəfindən keçirilən beynəlxalq və yerli təlimlərdə iştirak imkanı; Peşəkar inkişaf və karyera imkanları; Böyük və korporativ layihələrdə iştirak; Dinamik və peşəkar iş mühiti; CCTV və təhlükəsizlik sistemləri sahəsində aparıcı beynəlxalq brendlərlə işləmək imkanı. İş yeri - Bakı, Breeze Tower İş qrafiki - Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00 CV-lərinizi mövzu hissəsində "Təhlükəsizlik sistemləri üzrə layihə və satış koordinatoru" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz