Yüklənir...
Местоположение: Bakı
Payonix komandamıza yaradıcı düşüncəyə, analitik bacarıqlara və nəticəyönümlü yanaşmaya malik Marketinq Meneceri axtarırıq. Vəzifə təlimatları: Şirkətin marketinq strategiyasının hazırlanması və icrasını təmin etmək; Rəqəmsal və ənənəvi marketinq kampaniyalarını planlamaq, idarə etmək və nəticələrini təhlil etmək; Sosial media platformaları üçün kontent planının hazırlanması və idarə olunmasını koordinasiya etmək; Brendin tanınmasının artırılması istiqamətində layihələr hazırlamaq və həyata keçirmək; Reklam agentlikləri və digər tərəfdaşlarla əməkdaşlıq etmək; Bazar araşdırmaları aparmaq, rəqibləri analiz etmək və müvafiq hesabatlar hazırlamaq; Marketinq büdcəsinin səmərəli idarə olunmasını təmin etmək; Marketinq fəaliyyətlərinin effektivliyini ölçmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək. Tələblər: Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil; Marketinq sahəsində minimum 2 il iş təcrübəsi; Rəqəmsal marketinq alətləri və sosial media platformaları üzrə biliklər; Google Analytics, Meta Ads, Google Ads və digər marketinq alətləri ilə işləmək bacarığı; Analitik düşünmə, planlaşdırma və layihələrin idarə edilməsi bacarığı; Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini bilmək üstünlükdür; MS Office proqramlarını (Word, Excel, Outlook) sərbəst istifadə bacarığı; Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək. İş yeri: Malibo Residence Namizədlər CV-lərini vakansiyanın adını mövzu (subject) hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.