Yüklənir...
Местоположение: Bakı
“Premium Bank” ASC Hüquq departamentinin Aparıcı hüquqşünas vakansiyasını elan edir. İşin təsviri: Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi; Müqavilələrin hüquqi ekspertizasının aparılması; Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırılması və tətbiqi ilə bağlı yaranmış sualların cavablandırılması; İdarə Heyətinin protokollarının hazırlanması və uçotun aparılması; Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi; Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması; Hüquq departamentinə daxil olan sorğuların cavablandırılması və görülmüş işlərin uçotunun aparılması; Bankın aidiyyəti struktur bölmələrinin işçilərinə etibarnamələrin hazırlanması; Bankın struktur bölmələrinin iş fəaliyyətində hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylərin və/ və ya məsləhətlərin verilməsi; Bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi. Namizədə dair tələblər: Ali hüquqi təhsilinin olması; Azərbaycan Respublikasının bank, mülki, mülki-prosessual, əmək qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktlarının hüquq əsaslarının bilməsi; Mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi; Yüksək qavrama və öyrənmə qabiliyyəti; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; MS Office proqramlarından istifadə etmə bacarığı; Bank və kredit təşkilatlarında hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübənin olması arzuolunandır; Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək); Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək. İş şəraiti: İş saatı 09:00-dan 18:00-dək İstirahət günləri: şənbə və bazar günləri Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.