Yüklənir...
Местоположение: Bakı
İş şəraiti İş yeri: Ələsgər Qayıbov 10Q İş qrafiki: Tam iş saatı / 09:00 – 18:00 Əməkhaqqı: Müsahibə əsasında namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə müəyyən ediləcək. İş barədə məlumat: Şirkətimizin mexaniki sistemlər üzrə həyata keçirdiyi layihələr üçün tələb olunan material və avadanlıqların satınalma prosesini tam idarə edəcək məsuliyyətli satınalma mütəxəssisi tələb olunur. Əsas vəzifələr: Bazar araşdırması: Tələb olunan material və avadanlıqlar üzrə yerli və xarici bazarın araşdırılması, yeni təchizatçıların tapılması; Qiymət analizi və müqayisə: Təchizatçılardan qiymətlərin alınması, müqayisə edilməsi və ən sərfəli təkliflərin seçilməsi; Excel-də təkliflərin hazırlanması: Alınan qiymətlərin və büdcə hesablamalarının Excel cədvəllərində dəqiq şəkildə strukturlaşdırılaraq rəhbərliyə təqdim edilməsi; Alış prosesi: Sifarişlərin rəsmiləşdirilməsi və alış əməliyyatlarının operativ həyata keçirilməsi; Logistika və nəzarət: Alınan malların vaxtında və təhlükəsiz şəkildə birbaşa sahəyə çatdırılmasına nəzarət edilməsi. Namizədə tələblər: Cins: Bəy namizəd Təhsil: Ali təhsil (texniki və ya iqtisadi sahələrə üstünlük verilir); İş təcrübəsi: Müvafiq sahə üzrə (tikinti, mühəndislik və ya mexaniki sistemlər üzrə satınalma) ən azı 1-3 il iş təcrübəsi; Proqram bilikləri: MS Excel proqramında sərbəst işləmək bacarığı mütləqdir; Şəxsi keyfiyyətlər: Fəal, dəqiq, etibarlı, yüksək məsuliyyət sahibi, danışıqlar aparmaq bacarığı olan və stresə davamlı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .