Местоположение: Bakı
İş Elanı Şirkətimizin maliyyə və mühasibatlıq bölməsinə dəstək göstərəcək, diqqətli və məsuliyyətli Mühasib köməkçisi vəzifəsi üzrə yeni əməkdaş axtarırıq.. İş şəraiti İş yeri: Bakı, Yasamal rayonu İş rejimi: 5 günlük (09:00–18:00) Əmək haqqı: 500-600 manat, tələb olunan bilik və bacarıqlara görə müəyyən olunur. Vəzifə öhdəlikləri Mühasibat uçotu əməliyyatlarının aparılmasında baş mühasibə dəstək göstərmək; Müvafiq mühasibatlıq əməliyyatlarının “1C 8.3” proqramında həyata keçirilməsi; Gündəlik maliyyə sənədlərinin (qaimə, hesab-faktura, müqavilə və s.) düzgün tərtibi və sistemə daxil edilməsini təmin etmək; Bank əməliyyatlarının, kassa və ödəniş sənədlərinin hazırlanması və arxivləşdirilməsində iştirak etmək; Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasında dəstək vermək; Mal-material, əsas vəsait və inventar uçotunun aparılmasında iştirak etmək; Aylıq gəlir-xərc və debitor-kreditor hesabatlarının hazırlanmasında köməklik göstərmək; Elektron qaimələrin və e-taxes.gov.az, e-gov.az portallarında əməliyyatların yerinə yetirilməsində iştirak etmək; Mühasibat sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və düzgün saxlanılmasını təmin etmək; Rəhbərlik tərəfindən verilən digər mühasibatlıq və inzibati tapşırıqları yerinə yetirmək. Tələb olunan bilik və bacarıqlar Ali təhsil – maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə; Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi (praktika və ya köməkçi səviyyəsi qəbul edilir); 1C 8.3 mühasibat proqramında işləmək bacarığı (mütləq üstünlük); Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı; Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərindən birində ilkin səviyyədə bilik arzuolunandır; Dəqiqlik, məsuliyyət, vaxtında icraetmə və komandada işləmək bacarığı; Yüksək etik standartlar və konfidensial məlumatlarla işləmə bacarığı; Öyrənməyə açıq və təşəbbüskar yanaşma. Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Mühasib köməkçisi” yazaraq göndərmələri xahiş olunur. Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.