Местоположение: Bakı
Namizədə olan tələblər: Ali təhsil; Ağır texnika, tikinti, avtomobil və ya avadanlıq sahəsində kommersiya satışı üzrə minimum 2 il təcrübə; Müştərilərlə münasibət qurmaq, təklif hazırlamaq və danışıqlar aparmaq bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı; ingilis dilində ünsiyyət bacarığı; rus dili üstünlükdür; Excel və ofis proqramlarında işləmək bacarığı; Ezamiyyətlərə və səfərlərə hazır olmaq; B kateqoriya sürücülük vəsiqəsi Vəzifə öhdəlikləri: Ağır texnikanın kommersiya satışını planlaşdırmaq və həyata keçirmək; Potensial və mövcud müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını müəyyən etmək; Texniki xüsusiyyətlərə əsaslanaraq məhsulların təklif və qiymət təkliflərini hazırlamaq; Müqavilələrin bağlanması üçün danışıqlar aparmaq və şərtləri razılaşdırmaq; Satış planlarının icrasını izləmək və satış göstəricilərinin hesabatını hazırlamaq; Bazarı və rəqabət mühitini öyrənmək, yeni satış imkanlarını müəyyən etmək; Müştəri bazasını və satış əməliyyatlarına dair məlumatları sistemli şəkildə qeyd etmək; Satış sənədləşməsini hazırlamaq və daxili şöbələrlə (texniki, hüquqi, maliyyə) əməkdaşlıq etmək; Müştərilərə satışdan sonrakı dəstək göstərilməsində iştirak etmək. İş şərtlərimiz: Əmək haqqı: müsahibə əsasında; Ünvan: Lökbatan Dairesi Salyan Şossesi. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.