Hüquqşünas - Royale Sea Breeze MMC

Местоположение: Bakı

“Royal Sea Breeze Operation” MMC “Royalé Casino”da “Hüquqşünas” vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: Müxtəlif növ kommersiya, korporativ və mülki-hüquqi müqavilələrin hazırlanması, hüquqi ekspertizasının aparılması, razılaşdırılması və icrasına nəzarət; Korporativ sənədlərin, o cümlədən təsis sənədlərinin, nizamnamələrin, qərarların, protokolların və etibarnamələrin hazırlanması və hüquqi baxımdan yoxlanılması; Şirkətin korporativ idarəetmə proseslərinə hüquqi dəstəyin göstərilməsi; Şirkətin təsisçiləri, iştirakçıları və digər maraqlı tərəfləri ilə bağlı korporativ hüquqi məsələlərin həlli; Şirkətin strukturunda və korporativ məlumatlarında baş verən dəyişikliklərin hüquqi sənədləşdirilməsinin təmin edilməsi; Hüquqi rəylərin, arayışların, müraciətlərin və digər hüquqi sənədlərin hazırlanması; Şirkətin fəaliyyətinə aid mülki, əmək və vergi hüququ məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi; Şirkətin maraqlarının qorunması məqsədilə iddia ərizələrinin, şikayətlərin və digər prosessual sənədlərin hazırlanması; Dövlət qurumları və digər aidiyyəti təşkilatlarla korporativ və hüquqi məsələlər üzrə yazışmaların aparılması; Hüquqi risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi istiqamətində təkliflərin hazırlanması; Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğunluğunun təmin edilməsinə hüquqi dəstəyin göstərilməsi. ​​​​​​​ Namizədə dair tələblər: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi); Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Korporativ və müqavilə hüququ üzrə biliklər, hüquqi sənədlərin hazırlanması, yoxlanılması və danışıqların aparılması sahəsində təcrübə; Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə biliklər; Hüquqi və tənzimləyici riskləri müəyyən etmək, qiymətləndirmək, minimuma endirmək və praktiki həll yolları təklif etmək bacarığı; Analitik düşünmə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları; Azərbaycan dilini mükəmməl səviyyədə bilmək; İngilis və rus dili bilikləri üstünlükdür; MS Office proqramları ilə işləmək bacarığı. ​​​​​​​​​​​​​​ İş şəraiti: İş qrafiki: Bazar ertəsi – Cümə (5/2); İş yeri: Sea Breeze, Nardaran, Bakı; Əlavə üstünlüklər: Şirkət tərəfindən nəqliyyat və nahar ilə təmin olunma; Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək. Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan   elektron poçt ünvanına göndərmələri xahiş olunur.