Qida texnoloqu - Seaport Catering

Местоположение: Bakı

Vəzifənin əsas məqsədi Mətbəxdə bütün istehsal proseslərinin texnoloji standartlara, qida təhlükəsizliyi və sanitariya tələblərinə uyğun təşkil edilməsi, məhsul keyfiyyətinin stabil saxlanılması, xammal itkilərinin və maya dəyərinin optimallaşdırılması, yeni məhsul və yeməklərin hazırlanaraq istehsalata tətbiq edilməsi. Əsas vəzifələr Mətbəxin bütün istehsal proseslərinə başdan sona texnoloji nəzarətin həyata keçirilməsi; Xammalın qəbulundan hazır məhsulun təqdimatına qədər bütün mərhələlərin standartlara uyğun təşkil edilməsi; Yeməklərin texnoloji kartlarının, resepturalarının, çıxım və porsiya normalarının hazırlanması və yenilənməsi; Mövcud resepturaların optimallaşdırılması və məhsul keyfiyyətinin yüksəldilməsi; Yeni yeməklərin hazırlanması, test edilməsi, standartlaşdırılması və istehsalata tətbiqi; Menyunun hazırlanmasında və mütəmadi yenilənməsində iştirak; Yeni məhsullar üzrə reseptura, texnoloji proses, porsiya, çıxım və xammal sərfiyyat normalarının müəyyən edilməsi; Xammal sərfiyyatına, məhsul itkisinə və tullantılara gündəlik nəzarət; Yeməklərin maya dəyərinin optimallaşdırılması və xammal itkilərinin minimuma endirilməsi; Xammal və hazır məhsul üzrə keyfiyyət standartlarının müəyyən edilməsi; Müəssisəyə daxil olan xammalın keyfiyyətinin, temperaturunun, görünüşünün, saxlanma müddətinin və uyğunluğunun yoxlanılması; Standartlara uyğun olmayan xammal və məhsulların istifadəsinin qarşısının alınması; Hazır məhsulun dad, görünüş, konsistensiya, porsiya, çıxım və təqdimat keyfiyyətinə nəzarət; Qida məhsullarının düzgün saxlanma temperaturuna və saxlama müddətinə nəzarət; Soyuducu, dondurucu, anbar və digər saxlama sahələrində temperatur rejimlərinin monitorinqi; HACCP və ISO 22000 tələblərinin mətbəxdə tətbiqinə və davamlı icrasına nəzarət; Kritik nəzarət nöqtələrinin müəyyən edilməsi və monitorinqinin aparılması; Sanitariya və gigiyena qaydalarına ciddi nəzarət; Mətbəx əməkdaşlarının texnoloji və sanitariya qaydalarına riayət etməsinin təmin edilməsi; Texnoloji intizamın pozulması hallarının müəyyən edilməsi və aradan qaldırılması; Aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəldici və qabaqlayıcı tədbirlərin hazırlanması; Keyfiyyətsiz məhsulun istehsal və satışa buraxılmasının qarşısının alınması; Mətbəx əməkdaşlarına texnoloji proseslər və qida təhlükəsizliyi üzrə təlimlərin keçirilməsi; İstehsalat proseslərinin effektivliyinin artırılması və yeni texnologiyaların tətbiqi; Yeni avadanlıq və istehsal üsullarının mətbəx proseslərinə uyğunlaşdırılması; İstehsalat göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Keyfiyyət, itki, xammal sərfiyyatı və məhsul çıxımı üzrə mütəmadi analizlərin aparılması. Namizədə əsas tələblər Təcrübə Qida istehsalı və mətbəx sahəsində minimum 5 il peşəkar iş təcrübəsi; Mütləq olaraq minimum 5 il Baş Aşpaz, Sous Chef, Executive Chef, Mətbəx rəhbəri və ya analoji rəhbər vəzifədə praktiki iş təcrübəsi; Namizəd yalnız nəzəri texnoloji biliklərə deyil, real mətbəx istehsalat təcrübəsinə malik olmalıdır; Restoran, otel, catering, qida istehsalı və ya iri həcmli mətbəxdə iş təcrübəsi üstünlükdür; Böyük kollektivə və gündəlik yüksək həcmli istehsalata nəzarət təcrübəsi arzuolunandır. Peşəkar bilik və bacarıqlar Namizəd: Qida istehsalının texnoloji proseslərini mükəmməl bilməlidir; HACCP və ISO 22000 prinsiplərini praktiki şəkildə tətbiq etməyi bacarmalıdır; Qida təhlükəsizliyi və sanitariya-gigiyena standartlarını bilməlidir; Xammalın qəbul, saxlanma, emal və istifadəsi qaydalarını bilməlidir; Ət, quş əti, balıq, süd məhsulları, tərəvəz, quru ərzaq və digər qida xammallarının keyfiyyət tələblərini bilməlidir; Hazır məhsulun keyfiyyət göstəricilərini qiymətləndirməyi bacarmalıdır; Texnoloji kart və reseptura hazırlamağı bacarmalıdır; Porsiya, məhsul çıxımı və xammal sərfiyyatını hesablaya bilməlidir; Kalkulyasiya və food cost / maya dəyərinin hesablanması üzrə praktiki biliyə malik olmalıdır; Menyu qurulması və menyunun texnoloji baxımdan optimallaşdırılmasını bacarmalıdır; Yeni yeməklərin hazırlanması və standartlaşdırılması üzrə təcrübəyə malik olmalıdır; Xammal itkisini və istehsalat tullantılarını analiz edib azaltmağı bacarmalıdır; Mətbəxdə texnoloji proseslərə əməli nəzarət edə bilməlidir; Uyğunsuzluqları müəyyənləşdirib onların aradan qaldırılması üçün tədbir görə bilməlidir; Mətbəx personalını idarə etmək və texnoloji standartlara əməl olunmasını təmin etmək bacarığına malik olmalıdır. Təhsil Qida mühəndisliyi, qida texnologiyası, qida-yeyinti sənayesi və ya müvafiq ixtisas üzrə ali təhsil; HACCP və İSO 22000 üzrə sertifikatları və ya əlavə təlimlərin olması üstünlükdür. Şəxsi keyfiyyətlər Yüksək məsuliyyət və intizam; Detallara diqqət; Analitik düşüncə; Təşkilatçılıq və liderlik bacarığı; Operativ qərarvermə; Problemlərin səbəbini müəyyənləşdirərək həll etmək bacarığı; İş prosesinə tələbkar yanaşma; Komanda idarəetmə bacarığı; Yeniliklərə və peşəkar inkişafa açıq olmaq. Dil və kompüter bilikləri Azərbaycan dili – səlis ; Microsoft Office proqramları, xüsusilə Excel, Word və Outlook – yaxşı səviyyədə; Qida istehsalı, restoran idarəetməsi və ya kalkulyasiya proqramları ilə işləmək bacarığı üstünlükdür. İş qrafiki və şirkət tərəfindən təminatlar İş qrafiki: 5 iş günü ; Şənbə və bazar günləri istirahət; Nahar şirkət tərəfindən təmin edilir; Nəqliyyat xərcləri şirkət tərəfindən qarşılanır; İş üçün mobil nömrə təqdim edilir. Vacib qeyd Namizəd üçün əsas şərt mətbəx istehsalatında praktiki təcrübənin olmasıdır. Minimum 5 il Baş Aşpaz və ya mətbəx rəhbəri kimi çalışmış, eyni zamanda qida texnologiyası, qida təhlükəsizliyi və keyfiyyət standartları üzrə peşəkar biliyə malik namizədlərə üstünlük veriləcək. CV-nizi  Qida texnoloqu qeyd edib Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.