Horeca üzrə Satış Təmsilçisi - Sirab Satış və Dağıtım MMC

Местоположение: Bakı

Vəzifə Öhdəlikləri: Müəyyən olunmuş marşrut üzrə HoReCa nöqtələrini (otel, restoran, kafe, şadlıq sarayı və catering şirkətləri) müntəzəm ziyaret etmək, satış hədəflərini icra etmək və sifarişləri qəbul etmək; Şəhər və ərazi üzrə yeni açılan və ya mövcud HoReCa obyektlərini aşkar etmək,  Təhvil verilmiş soyuducu, stend və digər brendinq/xidmət avadanlıqlarının düzgün istifadəsinə, vizual standarta və məhsulların düzgün təqdimatına nəzarət etmək; Satış sonrası çatdırılma prosesini, ödəniş şərtlərini debitor borcların (hesablaşmaların) vaxtında yığılmasını tənzimləmək; müştəridəki stok ehtiyacını dəqiq planlaşdırmaq. Əsas tələblər: Təcrübə: FMCG / HoReCa (otel, restoran, kafe) sektorunda satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi; Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir; Dil bilikləri: Azərbaycan dili – səlis  Proqram bilikləri: MS Office (Word, Excel – başlanğıc/orta səviyyə). Fərdi keyfiyyətlər: HoReCa sektoruna uyğun yüksək təqdimat, peşəkar kommunikasiya və etik davranış bacarıqları; Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və inandırma qabiliyyəti; Nəticəyönümlülük, çevik problem həll etmə və dinamik iş mühitinə uyğunlaşma. İş şəraiti və təminatlar: Əməkhaqqı: Sabit əməkhaqqı (Fix) + Satış nəticələrinə görə aylıq Bonus; Xərclərin qarşılanması: Yanacaq, amortizasiya və yemək xərcləri şirkət tərəfindən ödənilir; Əlaqə: Korporativ nömrə və danışıq paketi; İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü – istirahət günü). Wp - 0999003589 Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.