Satış üzrə Mütəxəssis (Şamaxı) - Şirvan Aqro MMC

Местоположение: Bakı

Şirkətimiz satış proseslərinin səmərəli təşkili və inkişafı məqsədilə komandasına Satış üzrə mütəxəssis axtarır. Əsas vəzifə öhdəlikləri: Süd və ət məhsullarının satış prosesinin təşkili və koordinasiyası; Süd maşınlarının qəbulu, yüklənməsi və çəki ölçmələrinə nəzarət; Məhsulların təhvil-təslim aktlarının və digər müvafiq sənədlərin hazırlanması; Gündəlik satış məlumatlarının qeydiyyatının aparılması; Satış hesabatlarının hazırlanması və sənədləşmə işlərinin həyata keçirilməsi; Yeni müştərilərin cəlb edilməsi, məhsulların təqdimatı və satış imkanlarının genişləndirilməsi. Namizədə tələblər: Ali təhsil; MS Office proqramları, xüsusilə Excel üzrə biliklər; Sənədləşmə və hesabatların hazırlanması bacarığı; Dəqiqlik, məsuliyyətlilik və operativlik; Güclü kommunikasiya və ünsiyyət bacarıqları; Komandada işləmək və iş proseslərini koordinasiya etmək bacarığı; Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. İş şəraiti: İş qrafiki: süd və ət satışının xüsusiyyətlərinə uyğun növbəli iş rejimi; Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir; İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.