Yüklənir...
Местоположение: Bakı
Smile Tour Company komandasına daxili və gəlmə turizm axınını idarə edə biləcək peşəkar Incoming Tourism Manager axtarır. Öhdəliklər: B2B tərəfdaşlar və fərdi müştərilər üçün maraqlı, rəqabətədavamlı turizm paketlərinin (turlar, ekskursiyalar, transferlər və s.) sıfırdan hazırlanması və proqramlaşdırılması; Hazırlanmış turizm məhsullarının xarici tərəfdaşlara (turoperator və agentliklərə) aktiv satışı və təqdimatının edilməsi; Təsdiq olunmuş turların təşkili, rezervasiyası və icrası üçün aidiyyatı daxili şöbələrə (əməliyyat, nəqliyyat, bələdçi və s.) vaxtında və tam ötürülməsi; Tur-paketlərə dair bütün tariflərin, marşrutların və məlumatların şirkətin onlayn platformasında sistemli və xətasız şəkildə yerləşdirilməsi; Müştəri məmnuniyyətinin təmin olunması məqsədilə turların gedişatına nəzarət edilməsi; Satış dinamikasının və görülən işlərin nəticələrinə dair rəhbərliyə mütəmadi hesabatların verilməsi. Tələblər: Turizm sahəsində (xüsusilə "Incoming" / Gəlmə turizm istiqaməti üzrə) ən azı 3 il uğurlu iş təcrübəsi; Rus və ingilis dillərini mükəmməl (səlis) bilmək (xarici partnyorlarla sərbəst ünsiyyət üçün mütləqdir); Biznes etikası, beynəlxalq korporativ ünsiyyət və effektiv danışıqlar aparmaq bacarığı; Turizm bazarını, destinasiyaları (Azərbaycanın turizm potensialını) və qiymət siyasətini dərindən analiz etmək bacarığı; Detallara qarşı son dərəcə diqqətli, dəqiq, işində məsuliyyətli və nizam-intizamlı; Komandada işləmək, eyni zamanda müstəqil qərarlar qəbul etmək qabiliyyəti; Məlumatları sistemləşdirmə və analitik hesabatlılıq bacarığı. İş şərait və Təminatlar: Rəsmi əmək müqaviləsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun); İş qrafiki: 6 günlük iş həftəsi (09:00 - 18:00); Əməkhaqq 1500 Azn + Bonuslar (göstəricilərə əsasən artan gəlir imkanı); Peşəkar komanda və karyera yüksəlişi imkanları. Uyğun namizədlərin CV-ni “İncoming manager” baslığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.