Yüklənir...
Местоположение: Bakı
İş yeri: “SUPERTOYS MMC’’ Sədərək TM Ofis Əmək haqqı: 1200 Azn Əsas vəzifə öhdəlikləri: İşçilərin əməkhaqqı, məzuniyyət, vergi və sosial ödənişlərinin qanunvericiliyə uyğun olaraq düzgün və vaxtında hesablanmasını və ödənilməsini təmin etmək; Əməkhaqqı, mükafat, əlavə ödəniş, tutulmalar və digər ödənişlərin (ezamiyyətlər, təhsil və digər sosial məzuniyyətlər, xəstəlik vərəqələri) hesablamalarını həyata keçirmək; Əməkhaqqı uçotu sistemlərini (1C, E-GOV və s.) idarə etmək və məlumatların vaxtında daxiledilməsinə nəzarət etmək; Gəlir vergisi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə ödənişlərin hesablanmasını aparmaq və müvafiq dövlət orqanlarına hesabatları təqdim etmək; Əməkhaqqı üzrə aylıq, rüblük və illik hesabatları (o cümlədən DSMF və statistik hesabatlar) hazırlamaq; İşə qəbul, işdən çıxma, struktur dəyişiklikləri və məzuniyyətlər zamanı əməkhaqqı hesablamalarını tənzimləmək; Əməkhaqqı ilə bağlı sənədlərin arxivləşdirilməsini və qorunub saxlanılmasını təmin etmək; Əməkdaşların əməkhaqqı və digər ödənişlərlə bağlı müraciətlərini peşəkar şəkildə cavablandırmaq; Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan sənədləri və hesabatları hazırlayıb təqdim etmək. Namizədə olan tələblər: İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya biznesin idarə edilməsi istiqaməti üzrə ali təhsil; Payroll sahəsində minimum 2 il rəsmi iş təcrübəsi; Böyük heyətli şirkətlərdə (500+ əməkdaş) əməkhaqqı hesablanması üzrə real iş təcrübəsi üstünlükdür; Retail sektorunda iş təcrübəsi arzuolunandır; Komandanın işinin koordinasiyası (şöbələr və filiallarla) və liderlik bacarıqları üstünlük hesab olunur; Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməli; Məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması qaydaları; 1C və E-GOV sistemləri ilə sərbəst işləmək bacarığı; Əməkhaqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi, son haqq-hesab, kompensasiyalar, bonuslar, eləcə də bayram, istirahət və artıq iş saatları (overtime) üzrə hesablamaların aparılması; Aysonu bağlanışının dəqiq və vaxtında həyata keçirilməsi. MS Excel proqramını yüksək səviyyədə bilmək (qabaqcıl funksiyalar və analitika); Namizədlərdən mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” vakansiya adını göstərməklə öz cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik.