Yüklənir...
Местоположение: Bakı
Supertoys komandamıza yaradıcı, kamera qarşısında sərbəst çıxış edə bilən və Sosial şəbəkələrdə aktiv kontent yarada biləcək Video məzmun yaradıcısı axtarırıq. Vəzifə öhdəlikləri: Sosial media üçün gündəlik kontent videolarının hazırlanması və çəkilişində iştirak etmək; Kamera qarşısında məhsulların və kampaniyaların təqdimatını etmək; Trend olan kontentləri izləmək və mövcud məhsulları trendlərə uyğunlaşdırmaq; Kreativ video ideyalarının hazırlanmasında iştirak etmək; Şirkət məhsullarını cəlbedici və satış yönümlü formada təqdim etmək; Sosial şəbəkə canlı yayımlarında iştirak etmək və məhsul təqdimatı etmək; Video çəkiliş prosesində komanda ilə əməkdaşlıq etmək; Paylaşılan kontentlər üçün performansın artırılmasına dəstək vermək. Tələblər: Yaş: 18-28 Kamera qarşısında sərbəst və inamlı çıxış bacarığı; Trendlər və qısa video formatları haqqında anlayış; Kreativ düşüncə və improvizasiya bacarığı; Aktiv, enerjili və kommunikativ olmaq; Satış yönümlü təqdimat bacarığı; Canlı yayımların aparılması Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür). Üstünlükdür: TikTok və ya Instagram Reels kontent təcrübəsi; Portfolio CapCut və ya digər montaj proqram biliyi; Influencer və ya creator təcrübəsi; Canlı yayım (TikTok Live) təcrübəsi; Uşaq məhsulları və ya pərakəndə sahədə təcrübə. Təklif edilən şərtlər: İş qrafiki: Tam iş günü 6 günlük iş rejimi AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat Karyerada yüksəlmək imkanı Əmək haqqı: 700 AZN+Bonus Bu sahədə təcrübəsi olmayan, lakin özündə potensial və öyrənmə həvəsi görən namizədlər də müraciət edə bilərlər. Mövzu hissəsində Video məzmun yaradıcısı qeyd edərək şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Əlaqə: 055-220-23-72 / 055-214-22-63