Mal-Material üzrə Mühasib - Titan Group

Местоположение: Bakı

İstehsalat sahəsində fəaliyyət göstərən şirkətimizə  Mal-Material üzrə Mühasib  vəzifəsinə təcrübəli və məsuliyyətli əməkdaş axtarılır. Əsas vəzifələr: Mal-materialların mədaxil və məxaric əməliyyatlarının uçotunu aparmaq; Anbara daxil olan və anbardan çıxan materialların sənədləşdirilməsinə nəzarət etmək; Mal-material qalıqlarının sistem üzrə uçotunu aparmaq və mütəmadi yoxlamaq; Anbar və mühasibatlıq məlumatlarının üzləşdirilməsini həyata keçirmək; Materialların inventarizasiyasında iştirak etmək; İlkin mühasibat sənədlərini hazırlamaq və düzgünlüyünü yoxlamaq; Təchizat və anbar şöbələri ilə koordinasiyalı işləmək; Rəhbərliyə tələb olunan hesabatları hazırlamaq. Namizədə tələblər: Müvafiq sahədə  1 ildən 2 ilə qədər iş təcrübəsi ; Mal-material və anbar uçotu üzrə anlayış; 1C  proqramında işləmə bacarığı; MS Excel  biliyi; Mühasibat uçotunun əsaslarını bilməsi; Sənədlərlə işləmə və hesabat hazırlama bacarığı; Diqqətli, məsuliyyətli və operativ olmaq; Komanda ilə işləmək bacarığı. İş şəraiti Əmək haqqı:  800–1000 AZN (Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir.) İş qrafiki:  Tam iş günü Nahar və servis şirkət tərəfindən təmin olunur. İş yeri:  Suraxanı rayonu.Binə qəsəbəsi Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu hissəsində  “Mal-Material üzrə Mühasib”  qeyd etməyiniz xahiş olunur.