Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Verilişlərin, rubrikaların və müxtəlif layihələrin planlaşdırılması və idarə olunması Verilişə uyğun qonaqların araşdırılması, seçilməsi, dəvət olunması və onlarla mütəmadi əlaqənin saxlanılması; Efir formatına uyğun aktual məlumatların araşdırılması və hazırlanması Dinləyicilərlə ünsiyyətin qurulması, onların efirə qoşulmazdan əvvəl lazımi məlumatlarla təmin edilməsi Efir zamanı baş verən proseslərin koordinasiyası və operativ məsələlərin həll edilməsi Aparıcıların verilişin mövzusu, qonaqları, gündəliyi və digər vacib məqamlarla bağlı əvvəlcədən məlumatlandırılması Müsabiqələr üçün maraqlı və kreativ sualların hazırlanması Media sahəsində yeniliklərin, müasir tendensiyaların və auditoriya maraqlarının mütəmadi izlənilməsi Efir planının hazırlanması və tərtibində iştirak etmək Aktual mövzular üzrə operativ araşdırma aparmaq, məlumatları toplamaq və təhlil etmək bacarığı. Namizədə tələblər: Media sahəsində ən azı 2 il iş təcrübəsi Jurnalistika və ya müvafiq ixtisas üzrə ali təhsil Dəqiq və məsuliyyətli olmalı Azərbaycan və rus dillərində sərbəst və səlis şifahi və yazılı ünsiyyət bacarığı. Kompüter bilikləri: Microsoft office İş haqqında məlumat: İş saatları: 5 (beş) gün – saat 09:00-18:00. Ünvan: Bakı, Azərbaycan prospekti Korporativ nömrə ilə təmin olunma. Əmək haqqı razılaşma yolu ilə təyin olunacaq. Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, subject hissəsinə “Prodüser” yazıb göndərsinlər. Qeyd: Yalnız uyğun namizədlərə geri dönüş olacaq.