Местоположение: Bakı
JYSK komandasında karyeranıza başlayın! JYSK – Skandinaviya mənşəli beynəlxalq pərakəndə satış şirkətidir. Dünyanın minlərlə mağazasında çalışan əməkdaşlarımızın uğurunun əsasını güclü komanda ruhu, inkişaf və qarşılıqlı dəstək təşkil edir. Hazırda məsuliyyətli və enerjili Anbardar-fəhlə axtarırıq. Sizin əsas vəzifələriniz: Təchizat avtomobillərinin boşaldılmasında iştirak etmək; Malları sənədlərə uyğun qəbul etmək, yoxlamaq və çeşidləmək; Məhsulları anbar standartlarına uyğun yerləşdirmək; Anbarda mal dövriyyəsinə (qəbul və çıxış) nəzarət etmək; Anbarın səliqə və təhlükəsizlik qaydalarına uyğun saxlanılmasını təmin etmək; Satış komandasını tələb olunan məhsullarla operativ şəkildə təmin etmək; Anbar ehtiyatlarının düzgün idarə olunmasına dəstək göstərmək. Sizdən gözləntilərimiz: Fiziki cəhətdən sağlam olmaq; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Komanda ilə işləməyi bacarmaq; Operativ və öyrənməyə açıq olmaq; Anbar və ya logistika sahəsində iş təcrübəsi üstünlük hesab olunur. JYSK sizə nə təklif edir? 650 AZN əmək haqqı + bonus sistemi; Beynəlxalq və etibarlı şirkətdə stabil iş; Təlim və peşəkar inkişaf imkanları; Karyera yüksəlişi perspektivi; Dəstəkləyici və mehriban komanda mühiti; Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində: "Anbardar-fəhlə (Ukraina Dairəsi)" qeyd etməyiniz xahiş olunur.