Yüklənir...
Местоположение: Bakı
Vakansiya haqqında Birbankın Xaçmaz filialında Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi vəzifəsi üzrə mövcud və potensial müştərilərlə işləyərək bank məhsullarını təqdim edəcək, müştəri ehtiyaclarını analiz edəcək, portfeli idarə edəcək və maliyyə məsləhətləri verə biləcək namizədlər axtarışındayıq. Tələblər Ali təhsil Yüksək səviyyədə Azərbaycan dili biliyi Riyazi hesablama və analitik düşüncə qabiliyyəti Satış bacarığı Yüksək səviyyədə ünsiyyət bacarıqları Məsuliyyətlilik Diqqətlilik Öhdəliklər Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir; Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir; Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır; Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir; Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır; Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir; İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir; Görülmüş işlər üzrə hesabatlar verir. Təklif olunanlar İnkişaf imkanları Rəqabətli əmək haqqı və bonuslar Yüksək təminatlı sığorta Dəstəkləyici mühit Visa Premium əmək haqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət Güzəştli təhsil və işçi kredit Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.