Texniki sənədləşmə üzrə mütəxəssis - AAC MMC

Местоположение: Bakı

AAC MMC olaraq komandamıza Texniki sənədləşmə üzrə mütəxəssis axtarırıq. Əsas vəzifələr Daxil olan sənədlərin qəbul edilməsi və qeydiyyatının aparılması; Sənədlərin göndərilməsinin təşkili; Zəruri sənədlərdə düzəlişlərin aparılması; Avadanlıqların istehsalçı tövsiyələrinə və müəssisədaxili müəyyən edilmiş periodlara uyğun texniki qulluğunun vaxtında təşkil edilməsi və izlənilməsi; Gündəlik, həftəlik, aylıq və illik texniki planlara uyğun planlı xidmətlərin mütəmadi aparılmasının izlənilməsi; Material silgi hesabatlarının hazırlanması və yoxlanılması; Avadanlıqların texniki problemlər səbəbindən dayanmasının analiz edilməsi və önləyici tədbirlərin görülməsinin təşkili; İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət; Avadanlıqların və qaz balonlarının daşınması və saxlanması qaydalarına riayət olunmasına, təhlükəsiz istismarına nəzarət; Avadanlıqların qəzasız və etibarlı işinin, vaxtında və keyfiyyətli təmir və texniki xidmətinin izlənilməsi; Texniki şöbənin zəruri sənədlərinin hazırlanması və mütəmadi izlənilməsi; Texniki xidmət proseduruna uyğun tələb olunan sənədlərin və hesabatların doldurulması və birbaşa rəhbərə təqdim edilməsi; Texniki və material hesabatlarının hazırlanması; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət edilməsi. Namizədə tələblər Ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi ; MS Office proqramlarında işləmək bacarığı tələb olunur; Yaş: 20–45 ; Kişi namizədlərə üstünlük verilir; Texniki sənədlərlə işləmə və hesabat hazırlama bacarığı; Sənədlərin qeydiyyatı və sistemləşdirilməsi üzrə bacarıq; Texniki xidmət və avadanlıqlar barədə ümumi anlayış; Diqqətli, məsuliyyətli və sistemli işləmək bacarığı; Məlumatların düzgün və vaxtında qeydiyyata alınmasına yüksək məsuliyyətlə yanaşma; Komanda ilə işləmək və rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək bacarığı. İş şəraiti İş yeri: Səngəçal İş qrafiki: 5 günlük iş həftəsi Əmək haqqı: 700-800 AZN Servis xidməti: Bakı və Sumqayıt istiqamətlərindən servis Nahar xidməti: İşçilər üçün nahar təmin edilir Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Məktubun mövzu hissəsində “Texniki sənədləşmə üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.