Brend Menecer - AFFA

Местоположение: Bakı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası -  AFFA brendinin dəyərinin və tanınmasının artırılması, yeni marketinq və kommersiya imkanlarının yaradılması, sponsor və tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də AFFA-nın UEFA və FIFA ilə marketinq istiqamətində əlaqələrinin effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün Brend Menecer vəzifəsinə peşəkar namizəd axtarılır. Əsas vəzifə öhdəlikləri: AFFA-nın brend strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, brendin inkişafını və vahid mövqeləndirilməsini təmin etmək;  AFFA Brand Book və korporativ identikliyin bütün kommunikasiya kanallarında və layihələrdə düzgün tətbiqinə nəzarət etmək;  AFFA-nın milli komandaları, yarışları, layihələri və yeni məhsulları üçün brend və marketinq konsepsiyalarının hazırlanmasını idarə etmək;  Yeni marketinq və kommersiya məhsulları, layihələri və təşəbbüsləri irəli sürmək və onların hazırlanmasında iştirak etmək;  AFFA-nın sponsorları və tərəfdaşları ilə marketinq, brendinq və aktivasiya layihələri üzrə əməkdaşlıq etmək;  Sponsorluq paketləri, kommersiya təklifləri, təqdimatlar və digər marketinq materiallarının hazırlanmasında iştirak etmək;  Sponsor və tərəfdaşların AFFA brendinə inteqrasiyasını və müqavilə üzrə marketinq aktivliklərinin həyata keçirilməsini koordinasiya etmək;  Marketinq kampaniyalarının, kreativ layihələrin və brend aktivliklərinin hazırlanması və icrasında iştirak etmək;  UEFA, FIFA və digər beynəlxalq futbol təşkilatları ilə marketinq, kommersiya, brendinq və futbolun inkişafı istiqamətində əməkdaşlıq etmək;  UEFA və FIFA-nın beynəlxalq təcrübəsini, proqramlarını və yeni imkanlarını araşdıraraq AFFA üçün uyğun təşəbbüslər irəli sürmək;  Rəhbərlik üçün marketinq və kommersiya təqdimatları, konsepsiyalar, hesabatlar və təkliflər hazırlamaq;  Yerli və beynəlxalq bazarda marketinq, sponsorluq, brendinq və fan engagement trendlərini izləmək və yeni imkanlar müəyyənləşdirmək;  Marketinq Departamentinin digər istiqamətləri ilə sıx əməkdaşlıq edərək layihələrin koordinasiyasını və effektiv icrasını təmin etmək;  Tabeliyində olan əməkdaşların və layihə komandalarının işini koordinasiya etmək və zəruri hallarda onlara metodoloji dəstək göstərmək;  Brend və marketinq layihələri üzrə büdcənin planlaşdırılmasında və effektiv istifadəsinə nəzarətdə iştirak etmək.  Namizədə tələblər: Ali təhsil;  Marketinq, brend menecmenti, kommersiya və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi;  Brend strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə təcrübə;  Marketinq və kommersiya layihələrinin idarə olunması üzrə praktiki təcrübə;  Sponsorlar və biznes tərəfdaşları ilə əməkdaşlıq və danışıqlar aparmaq bacarığı;  Təqdimatların, kommersiya təkliflərinin və layihə konsepsiyalarının yüksək səviyyədə hazırlanması;  Kreativ düşüncə və yeni ideyalar irəli sürmək qabiliyyəti;  Yüksək səviyyədə ingilis dili biliyi;  Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;  MS Office proqramları, xüsusilə PowerPoint və Excel üzrə yaxşı istifadə bacarığı;  Üstünlük hesab olunur: İdman, futbol və ya sponsorluq sahəsində iş təcrübəsi;  UEFA, FIFA və ya digər beynəlxalq idman təşkilatları ilə iş təcrübəsi;  İş şəraiti: Peşəkar və inkişafyönümlü iş mühiti; İş qrafiki : 5 günlük iş həftəsi, həftədə 40 saat;  Vəzifənin xüsusiyyətindən irəli gələrək tədbirlər, oyunlar və digər layihələr zamanı iş saatlarında çeviklik tələb oluna bilər;  Uyğun namizədlərdən CV-lərini  “Brend Menecer”  başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyi xahiş olunur.