Yüklənir...
Местоположение: Bakı
Şirkətimizə İnsan resursları sahəsində çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan İnsan Resursları üzrə Mütəxəssis tələb olunur. Vəzifə öhdəlikləri Şirkətin kadr tələbatına uyğun olaraq vakansiyaların elan edilməsi, CV-lərin seçilməsi və müsahibələrin təşkili; İşəqəbul, başqa işə keçirilmə, azad olunma və məzuniyyət proseslərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə tam uyğun rəsmiləşdirilməsi; ƏMAS portalında (e-gov) əmək müqaviləsi bildirişlərinin vaxtında işlənilməsi və tənzimlənməsi; Personalın şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və davamiyyət uçotunun (tabel) aparılması; Şirkətdaxili intizam qaydalarına riayət olunmasına nəzarət və uyğunlaşma (onboarding) prosesinin təşkili. Əlavə məlumat: Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi Əmək haqqı: 800-1500 AZN (Müsahibə əsasında dəyişə bilər) İş qrafiki: Tam iş günü (5 gün) İş saatı: 09:00 – 18:00 Təklif edirik: Mobil nömrəynən təminat, nahar yeməyi Tələblər Ali təhsil (İnsan resurslarının idarə edilməsi arzuolunandır); HR sahəsində 1-3 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək; Microsoft Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı; Yüksək ünsiyyət qabiliyyəti, təşkilatçılıq, məsuliyyətlilik və məxfiliyi qoruma bacarığı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Əlaqə nömrəsi: 055 853 96 43