Sahə memarı - AZCD Group QSC

Местоположение: Bakı

Vəzifə öhdəlikləri Baş planı, memarlıq-planlaşdırma həllərini, işçi çertyojları və digər layihə sənədlərini oxumaq və tikinti işlərinin layihəyə uyğun icrasına nəzarət etmək; Tikinti sahəsində memarlıq işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara və işçi çertyojlarına uyğun yerinə yetirilməsini təmin etmək; Layihədə nəzərdə tutulmuş binaların, o cümlədən nasosxana, su anbarları və digər tikililərin memarlıq həllərinin icrasına nəzarət etmək; Yol, səki, bordyur, yaşıllıq, avtodayanacaq və digər abadlaşdırma elementlərinin layihəyə uyğun icrasını yoxlamaq; Fasad, dam, daxili hazırlıq və tamamlama işlərinin layihə həllərinə uyğunluğuna nəzarət etmək; Fasad, dam, daxili tamamlanma və digər memarlıq işlərində istifadə olunan material və texnologiyaların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq; Tikinti prosesində sahə şəraiti, texniki zərurət və ya material əvəzlənməsi ilə əlaqədar dəyişiklik tələb olunduqda, müvafiq memarlıq həllərinin operativ şəkildə hazırlanmasında iştirak etmək; Layihədə edilən dəyişiklikləri layihəçi təşkilat və aidiyyəti tərəflərlə razılaşdırmaq və onların düzgün icrasına nəzarət etmək; Memarlıq, konstruksiya və mühəndis şəbəkələri bölmələri arasında yarana biləcək uyğunsuzluqları və kolliziyaları müəyyən etmək, onların həlli üçün aidiyyəti şəxslərlə koordinasiya aparmaq; Material nümunələrinin, rəng, faktura və digər memarlıq həllərinin sifarişçi ilə razılaşdırılması prosesində iştirak etmək; Tikinti işlərinin keyfiyyətinə və memarlıq həllərinin layihəyə uyğun icrasına nəzarət etmək; Subpodratçıların və sahə işçilərinin memarlıq işləri üzrə fəaliyyətini koordinasiya etmək və görülən işlərin icrasını nəzarətdə saxlamaq; Azərbaycan Respublikasının şəhərsalma və tikinti normalarının, yanğın təhlükəsizliyi və əlçatanlıq tələblərinin layihə və tikinti işlərində nəzərə alınmasına nəzarət etmək; Sahədə yaranan memarlıq və texniki məsələləri operativ şəkildə müəyyən etmək və onların həlli üçün Tikinti Rəhbəri, layihəçi təşkilat və digər aidiyyəti tərəflərlə koordinasiyalı işləmək.​​​​​​​​​​​​ Hesabat və sənədləşmə Memarlıq işləri üzrə müəllif nəzarəti jurnallarında və müvafiq aktlarda qeydlərin aparılmasını təmin etmək; Gizli işlər aktlarının və icra sənədlərinin hazırlanması üçün texniki ofislə əməkdaşlıq etmək; Layihədə baş verən dəyişikliklər, aşkar edilmiş nöqsanlar və uyğunsuzluqlar üzrə hesabatlar hazırlamaq və Tikinti Rəhbərinə təqdim etmək; Görülmüş işlərin layihə və texniki tələblərə uyğunluğu ilə bağlı müvafiq sənədləşmənin aparılmasında iştirak etmək; Zəruri hallarda sahə baxışlarında, texniki iclaslarda və sifarişçi ilə keçirilən görüşlərdə iştirak etmək. Tələblər Memarlıq və ya müvafiq sahə üzrə ali təhsil; Sahə memarı və ya oxşar vəzifədə tikinti sahəsində iş təcrübəsi; Baş plan, memarlıq-planlaşdırma həlləri, kəsiklər, fasadlar, detallar və işçi çertyojları oxuma bacarığı; Bina və qurğuların memarlıq həllərinin tikinti sahəsində tətbiqi və icrasına nəzarət üzrə praktiki bilik; Fasad, dam, daxili tamamlama və abadlaşdırma işlərinin icra texnologiyaları üzrə anlayış; Memarlıq, konstruksiya və mühəndis şəbəkələri arasında koordinasiya və kolliziyaların müəyyən edilməsi bacarığı; Material, rəng və faktura həllərinin seçilməsi və razılaşdırılması prosesində təcrübə; Azərbaycan Respublikasının şəhərsalma və tikinti normaları, yanğın təhlükəsizliyi və əlçatanlıq tələbləri barədə bilik; AutoCAD proqramında sərbəst işləmək bacarığı; Revit və ya ArchiCAD proqramlarında işləmək bacarığı üstünlükdür; MS Office proqramlarında işləmək bacarığı; Texniki sənədləşmə və hesabatların hazırlanması üzrə bacarıq; Məsuliyyətli, diqqətli, operativ və komandada işləmək bacarığı. İş şəraiti Rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı; Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək); İş qrafiki: Tam iş günü; İş yeri: Bakı şəhəri. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.