Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Layihə sənədlərini, o cümlədən baş plan, kəsiklər, detallar və işçi çertyojları oxumaq və tikinti işlərinin layihə tələblərinə uyğun icrasına nəzarət etmək; Tikinti sahəsində torpaq işlərinin və vertikal planlaşdırmanın icrasını təşkil və nəzarət etmək: qazma-doldurma, qruntun döyəclənməsi, kotlovan və xəndək işləri; Yol və səki örtüklərinin tikintisinə nəzarət etmək: təməl qatlarının (şeben-qum qarışığı, karbonat və s.) hazırlanması, asfaltbeton və beton tavacıq örtüklərinin döşənməsi, bordyurların quraşdırılması; Beton və dəmir-beton işlərinin icrasına nəzarət etmək: qəlib, armatur və betonlama işlərinin layihə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək; Beton işlərinin keyfiyyətinə, istifadə olunan materialların texniki tələblərə uyğunluğuna və işlərin düzgün texnologiya ilə aparılmasına nəzarət etmək; Mühəndis şəbəkələrinin, o cümlədən su, kanalizasiya, kabel xətləri və kommunikasiya qalereyalarının tikintisinə nəzarət etmək; Su anbarlarının və digər yeraltı/yerüstü mühəndis qurğularının tikinti işlərinin layihəyə uyğun icrasını təmin etmək; Geodeziya ölçmələrini həyata keçirmək, nivelir, teodolit və total station kimi ölçü alətlərindən istifadə etmək; Geodeziya ölçmə nəticələrini layihə göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və zəruri hallarda aidiyyəti şəxslərlə koordinasiya etmək; Subpodratçıların, ustaların və sahə işçilərinin fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə və layihə qrafikinə uyğunluğuna nəzarət etmək; Görülmüş işlərin həcmlərini yoxlamaq, faktiki icra ilə layihə və iş həcmlərini müqayisə etmək; Gündəlik və həftəlik görülən işlər üzrə icra hesabatları hazırlamaq və layihə rəhbərliyinə təqdim etmək; Gizli işlər aktlarının və digər icra sənədlərinin hazırlanması üçün texniki ofislə koordinasiyalı işləmək; Tikinti norma və qaydalarına, texniki standartlara, layihə tələblərinə və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət etmək; Sahədə yaranan texniki məsələləri operativ şəkildə müəyyən etmək və onların həlli üçün layihə rəhbərliyi və aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək; Layihənin vaxtında, keyfiyyətli və texniki tələblərə uyğun tamamlanması üçün digər struktur bölmələri və subpodratçılarla sıx əməkdaşlıq etmək. Tələblər İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; Sahə mühəndisi vəzifəsində, xüsusilə yol, torpaq işləri, beton/dəmir-beton və mühəndis şəbəkələri üzrə iş təcrübəsi; Layihə sənədlərini, baş planı, kəsikləri və texniki detalları oxuma bacarığı; Torpaq, yol, beton və dəmir-beton işlərinin icra texnologiyası üzrə praktiki bilik; Mühəndis şəbəkələrinin tikintisi üzrə anlayış və sahə təcrübəsi; Nivelir, teodolit və total station kimi geodeziya alətləri ilə işləmək bacarığı; Tikinti norma və standartları barədə bilik; Görülmüş işlərin həcmlərinin yoxlanılması və icra sənədlərinin hazırlanması üzrə anlayış; AutoCAD proqramında çertyojları oxuma bacarığı; MS Excel və MS Word proqramlarında işləmək bacarığı; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; Komandada işləmək və sahədə müxtəlif tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı İş şəraiti Rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və iri tikinti layihələrində iştirak imkanı; Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək); İş qrafiki: Tam iş günü; İş yeri: Bakı şəhəri. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.