Местоположение: Bakı
Azera Holdinq, tərkibində fəaliyyət göstərən “Azemal” MMC üçün Baş Anbardar vəzifəsinə vakansiya elan edir. Əsas vəzifələr: Anbarda mövcud stoklara nəzarət etmək, mütəmadi yoxlamalar aparmaq və aşkar olunan uyğunsuzluqları aradan qaldırmaq; Anbara daxil olan və anbardan çıxan məhsulların 1C proqramında düzgün və vaxtında qeydiyyata alınmasını təmin etmək; Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü düzgün təşkil etmək; Daxil olan məhsulların qəbulunu, qeydiyyatını və müvafiq rəflərdə düzgün yerləşdirilməsini təşkil etmək; Sifariş olunan məhsulların düzgün şəkildə hazırlanmasını, paletlərə yığılmasını və sifarişçilərə vaxtında göndərilməsini təmin etmək; Anbarda təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət olunmasına nəzarət etmək; İstifadə müddəti bitmiş məhsulların vaxtında aşkarlanmasını və ayrılmasını təmin etmək; Son istifadə tarixinə az qalmış məhsulların müəyyənləşdirilməsinə və onların satışının vaxtında təşkilinə nəzarət etmək; Anbarın səliqəli, sistemli və effektiv fəaliyyətini təmin etmək. Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparır. İnventarlaşdırmanın aparılmasında iştirak edir. Tələblər: Ali təhsil İş təcrübəsi 3-5 il Azərbaycan dili əla,rus dili üstünlükdür Kompyuter proqramları biliyi: 1 C və MC Ofiice proqramlarında sərbəst işləmək Təmkinli və səbirli olması vacibdir. İş şəraiti İş saatı 07:00-dan 16:-00-a dək. Şənbə günləri qısa iş günü 07:00-dan 14:00-a qədər. Əmək haqqı: 1400 AZN (Net) İş yeri: Hövsan, Bahar qəsəbəsi Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Azemal MMC Baş anbardar” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.