Təminat şöbəsi – Sürücü - Azerbaijan Energy Regulatory Agency

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Xidməti nəqliyyat vasitəsini idarə edir, vəzifəli şəxsləri vaxtında və təhlükəsiz şəkildə lazımi ünvana çatdırır; Xidməti nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına riayət edir; Yola düşməzdən qabaq nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlayır və onu yol boyu təmin edir; Xidməti nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yolda meydana gələn və ixtisaslaşmış texniki xidmət tələb etməyən kiçik nasazlıqları aradan qaldırır; Xidməti nəqliyyat vasitəsinin saz vəziyyətdə saxlanılmasını təmin edir; Sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsini və yol (marşrut) vərəqəsini təhlükəsiz şəraitdə özündə saxlayır; Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır; Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına riayət edir; Əmək müqaviləsi və şöbənin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir. Tələblər: B kateqoriyası üzrə sürücülük vəsiqəsi; Yaş həddi 25-45 aralığı; Müvafiq sahə üzrə 5 ildən az olmayaraq iş təcrübəsi; Azərbaycan dilini səlis, İngilis və ya rus dili biliyi arzuolunandır; Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununu barədə tam biliklərə malik olmalıdır; Rayonlar üzrə ezamiyyətə uyğun olmalıdır. Digər: Əmək bazarına uyğun rəqabətli əmək haqqı; İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84. Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsi – sürücü) qeyd edin.