Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Bölmənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və nəzarət etmək; Məhsulun hazırlanma prosesində istifadə olunan xammal və kimyəvi maddələrin keyfiyyət göstərcilərinin formalaşmasını təmin etmək; Xammal və kimyəvi maddələrin norma və tələbləri uyğun yoxlanılmasını təşkil etmək və daimi nəzarətdə saxlamaq Keyfiyyətə nəzarət sahəsinə uyğun olaraq İstehsalda tətbiq edilən prosedurlar üzrə sənədləşməyə nəzarət etmək; Keyfiyyəti idarəetmə sisteminin müvafiq mərhələlərində iştirak etmək və təkliflər vermək; Laboratoriyanın fəaliyyəti üzrə podratçı şirkətlə bağlanmış müqavilə tələblərini izlənilməsi və tələblərin təşkil edilməsi; Labotaoriyanın auditlərini təşkil etmək və audit hesabatını təqdim etmək; Laboratoriyada aparılan analizlərə nəzarətin təşkil edilməsi; Keyfiyyətə nəzarət və laboratoriya aid daxili sənədlərin vaxtında və keyfiyyətli hazırlanmasını təmin etmək; İstehsal prosesinin effektivliyini və səmərəliliyini artırmaq üçün təhlillər aparmaq və təkliflər vermək; Laboratoriyda aparılan sınaq və analiz proseslərini yoxlanılmasını təşkil etmək; Keyfiyyət xəritəsini formalaşdırmasında iştirak etmək; Keyfiyyətə nəzarət nöqtələri (KNN) təyin etmək və nəzarəti təşkil etmək; Keyfiyyətə nəzarət sahəsi üzrə yoxlama və auditlər təşkil etmək: Pest control , gigiyena, qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiqinə nəzarət Cəmiyyətin rəhbərliyi tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin etmək; Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək; Əmək intizamına və Cəmiyyətdaxili intizam qaydalarına əməl etmək; Əməyin təhlükəsizliyi normalarına əməl etmək; Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; Əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Tələb olunan bilik və bacarıqlar: Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı tələb olunur İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001) və auditin keçirilməsi üzrə (İSO 19011) standartları; Vəzifə səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair menecment sisteminin (ISO 37001:2016) tələbləri. İdarəetmə sistemlərində auditin keçirilməsi təcrübəsi; Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Keyfiyyətin İdarəedilməsi Sistemiləri sahəsində əsas tələb və prinsiplərini; İdarəemə sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması. Dil bilikləri Azərbaycan dili - səlis; İngilis dili - yaxşı; Rus dili - yaxşı Kompüter bilikləri Tələb olunan təhsil: Ali təhsul (İdarəetmə, standartlaşdırma, dağ-mədən və ya laboratoriya fəaliyyəti üzrə hər hansı biri ) Tələb olunan iş təcrübəsi: Keyfiyyətə nəzarət və Laboratoriya sahəsi üzrə 3 il, İdarəetmə təcrübəsi- ən azı 1 il İş qrafiki: İş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Əmək haqqı və əlavə imtiyazlar: Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. Nəqliyyat xidməti. Rəqabətli mükafatlandırma sistemi. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.