Местоположение: Bakı
Tələblər: Bəyannamə sahəsində minimum 1 il iş təcrübəsi; Gömrük bəyannamələrini müstəqil şəkildə hazırlamaq və elektron sistemə daxil etmək bacarığı Mütləqdir ; Gömrük rəsmiləşdirilməsi və idxal-ixrac prosedurları üzrə praktiki bilik; Gömrük sənədləri ilə işləmə bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Diqqətli, məsuliyyətli və operativ olmaq; Analitik düşünmə və sənədlərlə işləmə bacarığı.Bəyannamə ixtisas sənədi Attestatı olan namizədlərə üstünlük veriləcək. Vəzifə öhdəlikləri: İdxal və ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanması və elektron sistemə daxil edilməsi; Gömrük sənədlərinin hazırlanması və düzgünlüyünün yoxlanılması; Gömrük rəsmiləşdirilməsi proseslərinin həyata keçirilməsi; Gömrük orqanları ilə yazışmaların və zəruri prosedurların aparılması; Gömrük qanunvericiliyinə uyğun sənədləşmənin təmin edilməsi; İş prosesində yaranan məsələlərin araşdırılması və operativ həlli. İş şəraiti: Əmək haqqı: 1035–1120 AZN; Əmək haqqı namizədin təcrübə və peşəkar biliklərinə əsasən müəyyən edilir; Peşəkar inkişaf və karyera imkanları. Müraciət qaydası: CV-lərinizi mövzu hissəsində “Gömrük Bəyannaməçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.