Yüklənir...
Местоположение: Bakı
Azersun Holding ə daxil olan Bazarstore MMC komandamıza Təmir İşləri üzrə Mütəxəssis axtarır! Tələblər: Müvafiq sahə üzrə ali təhsil; Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər; Hesabat hazırlama və analiz etmə bacarığı; MS Office proqramlarını yaxşı səviyyədə bilmək; Təşkilatçılıq və komanda ilə işləmək bacarığı; Texniki problemlərin operativ həlli və işlərin koordinasiyası bacarığı. Əmək funksiyaları: Depoya daxil olan məhsulların tələb olunan standartlara uyğunluğunu yoxlamaq; Məhsulların sistem üzərindən sifarişini açmaq və sifarişləri izləmək; Mağazalardan daxil olan tələbləri təhlil etmək və ustalar arasında bölüşdürmək; Görülən təmir işlərinin keyfiyyətini yoxlamaq; Gündəlik iş bölgüsü üzrə hesabatlar hazırlamaq; İcarədə olan nəqliyyat vasitələrinə dair tələbləri proqram vasitəsilə açmaq və izləmək; Mağazaların müraciətləri əsasında kondisioner, soyuducu və generator servis xidmətlərini yönləndirmək. Biz nə təklif edirik: İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00; Nahar şirkət tərəfindən təmin olunur; Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı; Pərakəndə sektorun aparıcı şirkətlərindən birində dinamik və innovativ iş mühiti. İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Bazarstore MMC / Korporativ ofis CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Təmir İşləri üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.