Местоположение: Bakı
Vəzifə öhdəlikləri Mühasibat sənədlərinin (qaimə, hesab-faktura və s.) sistemə daxil edilməsi; Gündəlik əməliyyatların uçot proqramına işlənməsi; Satış və alış əməliyyatlarının qeydiyyatı; Anbar hərəkətlərinin sistemdə əks etdirilməsi; İlkin mühasibat sənədlərinin yoxlanılması və arxivləşdirilməsi; Elektron və fiziki sənədlərin düzgün saxlanılması; Qaimələrin və digər maliyyə sənədlərinin hazırlanmasına dəstək; Mühasibat proqramında (məsələn, 1C və s.) məlumatların yenilənməsi; Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirilməsi; İş şəraiti İş saatı həftənin 5 günü 09:00 – 18:00; İş yeri Babək prospekti tərəfində yerləşir. Namizədə qarşı tələblər Ali təhsil; Bu vakansiya üzrə şəxsi avtomobili olan bəy namizədlərinə üstünlük veriləcək 1C proqramı ilə işləmə təcrübəsi; Mühasibatlıq üzrə baza biliklər; Peşəkar istifadəçi səviyyəsində Microsoft Office proqramları biliyi; Azərbaycan dilini sərbəst bilən, rus və ingilis dili arzuolunandır; Diqqətlilik və dəqiqlik; Sürətli məlumat daxil etmə bacarığı; Problemləri tez və effektiv həll etmə bacarığı; Komandada işləmə bacarığı; Təmkinlilik, etibarlılıq,özünə inam; Aktiv, təşkilatçı, öz üzərində çalışan, bacarıqlı Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.