Yüklənir...
Местоположение: Bakı
Komandamıza yeni təlimçi dəvət edirik! Əgər siz də zəngin təcrübənizi bölüşmək, gənc mütəxəssislər yetişdirmək və dinamik mühitdə çalışmaq istəyirsinizsə, zəhmət olmasa vakansiyamızla tanış olun. Namizədə olan tələblər: Cins: Xanım və ya bəy namizədlər Proqram və sahə biliyi: 1C, Maliyyə uçotu, Vergi uçotu və Kadr uçotu sahələrini dərin bilmək Tədris forması: Dərsləri həm nəzəri, həmdə tam praktiki şəkildə keçmək bacarığı İş təcrübəsi: Mühasibatlıq Müəllimi sahəsində minimum 6 ay - 1 il praktiki təcrübə Tədris müddəti: Təlimlərimiz 4 aylıq proqramı əhatə edir Qrafik: Axşam saatlarında dərsləri aparmağa uyğun olmaq (Hazırda başqa yerdə çalışırsınızsa, dərsin dəqiq saatlarını müsahibə zamanı uyğunlaşdıra bilərik) Media: Kursun sosial media və reklam layihələri üçün video çəkilişlərdə iştirak etməyə razı olmaq Öz sillabusu olsun Biz nə təklif edirik? Əməkhaqqı: Müsahibə əsasında akademiyada qarşılıqlı razılaşma ilə təyin olunur Rahat iş qrafiki və inkişaf yönümlü kollektiv Siz də Basic Academy ailəsinə qoşulmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Zəhmət olmasa müraciət edərkən mövzu hissəsində "Mühasibatlıq müəllimi" qeyd etməyi unutmayın.