E-Ticarət (E-Commerce) Mütəxəssisi - Best-Tarim QSC (Beta Tea Azerbaijan)

Местоположение: Bakı

BETA komandası olaraq e-ticarət fəaliyyətimizin inkişafı ilə əlaqədar E-Ticarət (E-Commerce) Mütəxəssisi axtarırıq. Əsas vəzifə və öhdəliklər Şirkətin veb-saytının admin panelində ( OpenCart, WordPress və s. ) işləmək; E-ticarət platformalarında məhsulların yerləşdirilməsi və məlumatların mütəmadi yenilənməsi; Yeni məhsulların sistemə əlavə edilməsi və məhsul kartlarının hazırlanması; Məhsul adları, təsvirləri, qiymətləri, stok vəziyyəti və vizual materialların yenilənməsi; Məhsulların e-ticarət platformalarında düzgün və tam şəkildə idarə olunması; Onlayn sifarişlərin izlənilməsi və icra prosesinin koordinasiyasında iştirak; Satış nəticələrinin izlənilməsi və müvafiq hesabatların hazırlanması; E-ticarət proseslərinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi. Tələblər Ali təhsil; E-ticarət sahəsində minimum 1 il iş təcrübəsi ; OpenCart, WordPress və ya digər CMS platformaları ilə işləmə bacarığı; MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı bilik; Məhsul məlumatlarının sistemə daxil edilməsi və idarə olunması bacarığı; Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyətinə malik olmaq; Komandada işləmək bacarığı; Operativlik və detallara diqqət. Qeyd: Bəy namizədlərə üstünlük verilir. İş şərtləri Əmək haqqı: 700 AZN NET + bonus İş qrafiki: 6 günlük iş həftəsi, 08:30–17:30 İş yeri: Ziya Bünyadov prospekti 2061 Nahar şirkət tərəfindən qarşılanır Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya elektron poçt ünvanına göndərə bilərlər  [email protected]