Təchizatçı - anbardar - Company

Местоположение: Bakı

İşəgötürən: “Xaqani Ticarət mərkəzi”     Firmaya Təchizatçı - anbardar tələb olunur.  Vəzifələr: Təchizat proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq; Təmir-tikinti işləri üçün tələb olunan mal-materialların (iş və xidmətlərin) vaxtında təmin edilməsini, alınmış mal  materialların anbara mədaxilini və buraxılışını təşkil etmək; Verilən sifarişlər əsasında mal-materialların (iş və xidmətlərin) texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, alınmasını və gətirilməsini icra etmək, anbara mədaxil və məxaric içlərini yerinə yetirmək; Mal-materiallarin (iş, xidmətlərin) alınmasını planlaşdırıb qısa vaxtda icra etmək; Təchizat üzrə xərcləri planlaşdırmaq və idarə etmək; Təhtəlhesab  xərclərlə  bağlı hesabatlar hazırlamaq, rəhbərliyə və mühasibatlığa təqdim etmək; Alış müqavilələrinin, təchizat sənədlərinin və digər müvafiq sənədlərin düzgün tərtib edilməsini təmin etmək; Gündəlik təchizat fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Anbara gündəlik daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək (anbara daxil olma – anbardan çıxma əməliyyatlarının qeydiyyatını aparmaq) Anbarda olan məhsulların inventarizasiyası, malların sayı və hərəkəti haqqında rəhbərliyə aylıq hesabatın təqdim olunması. Müdriyyətin və rəhbərinin verdiyi gündəlik tapşırıqların yerinə yetirir; Anbarda  daxili səliqə səhmana nəzarət  edir. Tələblər: 25-35 yaş aralığında olan kişi namizədlər; Ali və orta ixtisas  təhsilli; Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;  Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı Ofis avadanlıqlarından istifadə  etmə  bacarığı  olmalı Kompüter bacarıqları: Ofis proqramları- Word, Excel, yaxşı səviyyədə  işləmək  bacarığı Dil bilikləri: Azərbaycan dili  (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə) Məsuliyyətli, stresə  davamlı İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Həftədə  6 iş günü, saat  09.00 –dan 18.00-dək, (şənbə günü qısa iş günü) və bazar günləri istirahət günləridir. Əmək haqqı razılaşma yolu ilə. Qeyd : İş yeri Bakı şəhərində, mərkəzdə yerləşir. (Sahil metrosunun ətrafında yerləşir) Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində  “Təchizatçı - anbardar”  qeyd edərək öz CV-lərini mükəmməl şəkildə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.