Yüklənir...
Местоположение: Bakı
“Fateh İnşaat” MMC Korporativ Satış Mütəxəssisi (xanım) vəzifəsi üzrə vakansiya elan edir İş şəraiti İş yeri: Bakı şəhəri İş rejimi: Tam iş günü, həftədə 5 gün İş saatları: 09:00–18:00 Nahar fasiləsi: 13:00–14:00 Vəzifə öhdəlikləri Korporativ (B2B) müştərilərin cəlb edilməsi və yeni müştəri bazasının formalaşdırılması; Tikinti layihələrinin, tikinti materiallarının, eləcə də şirkətin digər məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi; Potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və kommersiya danışıqlarının aparılması; Dövlət və özəl müəssisələr, tikinti şirkətləri, podratçı və subpodratçı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması; Müştəri ehtiyaclarının təhlil edilməsi və uyğun kommersiya təkliflərinin hazırlanaraq təqdim olunması; Satış prosesinin bütün mərhələlərinin — sorğu, qiymət təklifi, müqavilə, sifariş və icra proseslərinin koordinasiya edilməsi; Müştərilərdən daxil olan sorğuların qəbulu, qeydiyyatı və operativ cavablandırılması; Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət edilməsi; Bazarın və rəqiblərin fəaliyyətinin mütəmadi təhlil edilməsi, inkişafla bağlı rəhbərliyə təkliflərin təqdim olunması; Aylıq, rüblük və illik satış hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi; Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. Namizədə tələblər Ali təhsil (biznesin idarə edilməsi, marketinq, menecment, iqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə); Korporativ satış (B2B) sahəsində minimum 1 il iş təcrübəsi; Tikinti sektorunda və ya tikinti materiallarının satışı sahəsində praktiki iş təcrübəsi; Tikinti bazarı, məhsullar və müştəri seqmentləri barədə məlumatlı olmaq; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint və Outlook) sərbəst işləmək bacarığı; Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və təşəbbüskarlıq; Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı. Şəxsi keyfiyyətlər Güclü ünsiyyət və təqdimat bacarıqları; Aktiv, çevik və təşəbbüskar olmaq; Danışıqlar aparmaq və inandırmaq bacarığı; Məsuliyyətli və intizamlı olmaq; Müştəriyönümlü yanaşma. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini e-poçtun mövzu hissəsində “Korporativ Satış Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.