Baş Kredit Mütəxəssisi - Şəki şəhəri - GL ASC

Местоположение: Bakı

Şəki şəhərində Baş Kredit Mütəxəssisi vakansiyası! Satış bacarıqlarınıza güvənirsiniz? Müştərilərlə işləmək və nəticə əldə etmək sizin güclü tərəfinizdir? O zaman komandamıza qoşulun! Şirkətimizin Şəki şəhərində yerləşən filialı üçün aktiv satış, müştəri əlaqələrinin idarə edilməsi və kreditləşmə sahəsində təcrübəli, təşəbbüskar və nəticəyönümlü Baş Kredit Mütəxəssisi axtarırıq. Vəzifə öhdəlikləri: Aktiv satış fəaliyyətinin həyata keçirilməsi, yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi; Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə davamlı əlaqələrin qurulması; Müştəri müraciətlərinin qəbulu, maliyyə imkanlarının təhlili və kreditlərin rəsmiləşdirilməsi; Yeni kredit məhsulları və effektiv satış metodları üzrə təkliflərin hazırlanması; Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayət və müraciətlərin operativ araşdırılması; Kreditləşmə prosesinə aid sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət. Namizədə dair tələblər: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Ali və ya natamam ali təhsil; Güclü ünsiyyət və təqdimetmə bacarığı; Yüksək satış qabiliyyəti və müştəriyönümlü yanaşma; Fərdi və komanda şəklində işləmək bacarığı; Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı; Bank, bank olmayan kredit təşkilatları və xüsusilə lombard sahəsində iş təcrübəsi üstünlükdür. Sizi nə gözləyir? Rəqabətqabiliyyətli gəlir və nəticəyə əsaslanan bonus sistemi! Başlanğıc kateqoriya: 400 AZN sabit əməkhaqqı + 800 AZN bonus = 1 200 AZN-dək aylıq gəlir. Yuxarı kateqoriya: 600 AZN sabit əməkhaqqı + 1 200 AZN bonus = 1 800 AZN-dək aylıq gəlir. İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00. İş yeri: Şəki şəhəri. Bu fürsəti dəyərləndirmək və komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi mövzu hissəsində “Baş Kredit Mütəxəssisi – Şəki” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.