Yüklənir...
Местоположение: Bakı
"GL" ASC (Sizin Lombard) Şəki şəhərində yerləşən filialı üzrə Filial Meneceri vakansiyası elan edir! Əsas vəzifə öhdəlikləri: Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək; Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq; Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək; Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək; Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək; Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofislə səmərəli əməkdaşlıq etmək. Namizədə dair tələblər: Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi; Ali təhsil; Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı; Yaş həddi: 30–50; Fərdi və komanda ilə işləmək bacarığı; Təşəbbüskarlıq və yüksək məsuliyyətlilik. İş şəraiti və təkliflər: İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00–18:00 Əməkhaqqı: Razılaşma yolu ilə Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus qazanmaq imkanı; Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri. Qeyd: Filialın kateqoriyası yüksəldikcə əməkhaqqı da mütənasib şəkildə artır. Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Filial Meneceri (Şəki)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur. Əlaqə: Ünvan: Şəki şəhəri, filial ünvanı Telefon : (+994 50) 248 10 00 Vebsayt : www.sizinlombard.az