Yüklənir...
Местоположение: Bakı
Təsvir Kredit müraciətləri üzrə risklərin qiymətləndirilməsi və təhlilinin aparılması; Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərin icrası üzrə uyğusuzluqların və risklərin müəyyənləşdirilməsi; Şöbənin prosedur və qaydalarının icrasının təmin edilməsi; BOKT-nin kredit portfelinin mütəmadi təhlilinin aparılması; Kredit riskləri üzrə əsas göstəricilərin təhlili və proqnozlaşdırılması; Kredit riskləri üzrə hesabatların hazırlanması və müvafiq təhlillərin aparılması; Kredit qərarlarının qəbul edilməsi prosesində risk baxımından rəy və tövsiyələrin təqdim edilməsi; Kreditlər üzrə monitorinqin aparılması, risklərin müəyyənləşdirilməsi və müəyyən edilmiş limitlərə uyğunluğun təmin edilməsində iştirak; Statistik və analitik modellərin hazırlanması və tətbiqi; Borcalanların maliyyə vəziyyətinin, ödəmə qabiliyyətinin və kredit tarixçəsinin təhlili; Kredit portfeli üzrə erkən xəbərdarlıq sistemi üzrə məlumatların toplanması və ilkin təhlili; Problemli kreditlərin müəyyənləşdirilməsi və risklərin azaldılması üzrə tövsiyələrin hazırlanması; Daşınar və daşınmaz əmlaklar üzrə təminat dəyərinin təhlili və qiymətləndirilməsi. Tələblər Ali təhsil - Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, Statistika və ya əlaqəli ixtisaslar üzrə; Bank/BOKT sektorunda minimum 2 il iş təcrübəsi mütləqdir; Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı; Hesabatların hazırlanması və məlumatların təhlili üzrə təcrübə. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.