Kataloq və Məhsul Məlumatlarının İdarə Edilməsi üzrə Mütəxəssis - INEO Group

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Məhsul kataloqunun idarə edilməsi və mütəmadi yenilənməsi; Məhsul adları, kodları, qiymətləri, təsvirləri və digər məlumatların yoxlanılması; Məhsul şəkillərinin və məlumatlarının düzgün yerləşdirilməsinə nəzarət; Kataloqda mövcud olan məlumatların dəqiqliyinin təmin edilməsi; Məhsul məlumatlarının sistemləşdirilməsi və məlumat bazasının yenilənməsi; Kontent üzrə əməkdaşlarla koordinasiyalı işləmək. Namizədə tələblər: MS Excel və kompüter bilikləri (excell və s.); Shopify platforması üzrə ilkin biliklər; Diqqətli, məsuliyyətli və sistemli işləmək bacarığı; Məlumatlarla işləməyə maraq; Öyrənməyə açıq olmaq və komandada işləmək bacarığı; Müvafiq sahədə iş təcrübəsi arzuolunandır. Üstünlükdür: PrestaShop və Shopify ilə iş təcrübəsi; Beauty, fashion, retail və ya uşaq məhsulları sahəsində təcrübə; Biz nə təklif edirik? E-commerce-in kommersiya effektivliyinə birbaşa məsuliyyət daşıyan vəzifə ; Yves Rocher, Mayoral və Jacadi beynəlxalq brendləri ilə işləmək; Qərarların qəbul edilməsində yüksək səviyyədə müstəqillik ; Öz ideyalarınızı həyata keçirmək və onların kommersiya nəticəsini görmək imkanı; AI və avtomatlaşdırmadan istifadə etməklə e-commerce sisteminin inkişafında iştirak ; Adaptasiya dövründə peşəkar dəstək ; E-commerce, CRO və Digital Commerce istiqamətində gələcək inkişaf imkanı. İş şərtləri: Əmək haqqı: 600–900 Azn (namizədin bilik və bacarıqlarına uyğun olaraq); Rəsmiləşdirmə: Əmək Məcəlləsinə uyğun olaraq; İş formatı: Ofis, 5/2; İş qrafiki: 08:00–17:00. Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Kataloq və Məhsul Məlumatlarının İdarə Edilməsi üzrə Mütəxəssis” vəzifəsinin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.