Местоположение: Bakı
İş şəraiti Şirkət: Kartaş Kimya (mr.fix) , tikinti kimyəviləri istehsalı zavodu Şöbə: Texniki şöbə İş yeri: Sumqayıt şəhəri, Sumqayıt Sənaye Parkı İş rejimi: 5 günlük Vəzifə öhdəlikləri: Zavodda elektrik işlərini yerinə yetirmək: quraşdırma, təmir və texniki xidmət İstehsal avadanlıqlarının elektrik və avtomatika sistemlərinə qulluq etmək Kommutasiya avadanlıqlarının (avtomatlar, kontaktorlar, relelər, idarəetmə şitləri) düzgün işləməsinə nəzarət etmək Nasazlıqları aşkar edib aradan qaldırmaq Elektrik təhlükəsizliyi qaydalarına əməl etmək Tələblər: Energetika və ya Avtomatika ixtisası üzrə bakalavr təhsili Sahə üzrə 6 ay – 1 il iş təcrübəsi Avtomatika və elektrik avadanlıqlarının, xüsusən kommutasiya avadanlıqlarının iş prinsiplərini bilmək Hərbi xidməti başa vurmuş olmaq (mütləqdir) Fərdi keyfiyyətlər: Subordinasiyaya əməl etmək Tez öyrənmək bacarığı Yeniliklərə maraq və onları araşdırmaq həvəsi Təklif edirik: Şirkət tərəfindən nahar Xüsusi geyim və fərdi mühafizə vasitələri Peşəkar inkişaf imkanı Özəl tibbi sığorta Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Elektrik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.