Местоположение: Bakı
Kollekta MMC problemli kreditlər üzrə borcların effektiv idarə olunması və yığılmasının təmin edilməsi məqsədilə Ünvanda Təqib üzrə Mütəxəssis (Bakı şəhəri üzrə) vəzifəsinə məsuliyyətli və nəticəyönümlü namizəd axtarır. Vəzifə öhdəlikləri: Gecikmiş kredit öhdəlikləri üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış və iş ünvanlarına səfərlərin həyata keçirilməsi, borcun mövcud vəziyyətinin və ödəniş imkanlarının yerində araşdırılması; Borcalan və zaminlərlə birbaşa əlaqə yaradılması, gecikmiş öhdəliklərin ödənilməsi ilə bağlı danışıqların aparılması, ödəniş üzrə razılaşmaların əldə edilməsi və razılaşmaların icrasının izlənilməsi; Əlaqə yaratmaq mümkün olmayan borcalan və zaminlər üzrə alternativ əlaqə vasitələrinin, faktiki yaşayış və iş ünvanlarının müəyyənləşdirilməsi və əldə edilmiş məlumatların aidiyyəti üzrə təqdim edilməsi; Problemli kreditlər üzrə borcların geri qaytarılması məqsədilə müəyyən edilmiş prosedurlara uyğun təqib tədbirlərinin həyata keçirilməsi və nəticələrin izlənilməsi; Həyata keçirilmiş vizitlər, görüşlər, aparılmış danışıqlar və əldə edilmiş nəticələr barədə məlumatların müvafiq sistemə vaxtında və düzgün daxil edilməsi; Zəruri sənədlərin, aktların, görüş və vizit nəticələrinin, habelə digər müvafiq məlumatların xüsusi proqram təminatına yüklənməsi və sənədləşdirilməsinin təmin edilməsi; Borcalanlarla aparılmış danışıqların və əldə edilmiş razılaşmaların icrasına nəzarətin həyata keçirilməsi və zəruri hallarda təkrar təqib tədbirlərinin görülməsi; Fəaliyyət istiqaməti üzrə gündəlik, həftəlik və digər dövri hesabatların hazırlanması, həyata keçirilmiş vizitlər və əldə edilmiş nəticələr barədə rəhbərliyə məlumatların təqdim edilməsi; Əlaqəli struktur bölmələr və qurumlarla zəruri işgüzar əlaqələrin həyata keçirilməsi, məktub və sorğuların hazırlanması və göndərilməsi; BOKT-nin daxili qayda, prosedur, təlimat və əsasnamələrinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi; Rəhbərliyin tapşırıqları əsasında problemli kreditlərin idarə olunması və borcların geri qaytarılması istiqamətində digər müvafiq işlərin həyata keçirilməsi. Namizədə tələblər: İqtisadiyyat, Maliyyə, Hüquq və ya müvafiq istiqamət üzrə ali təhsil; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; bank və ya BOKT təcrübəsi üstünlükdür; B kateqoriyalı sürücülük vəsiqəsi – mütləqdir; 1C/8.3 proqramı ilə işləmək bacarığı üstünlükdür; Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür; İşin səyyar xarakteri nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir. İş barədə məlumat: Əmək haqqı: 1 200 AZN NETT İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00 Komfortlu iş şəraiti və peşəkar komanda Müasir idarəetmə sistemi və inkişaf imkanları CV-lərinizi “ Ünvanda Təqib üzrə Mütəxəssis ” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.. Qeyd : Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır