Daxili audit üzrə mütəxəssis / aparıcı mütəxəssis - Kontakt Home

Местоположение: Bakı

Təsvir İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi; Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi; Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması; Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi; Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması; Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi; Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi. İş şəraiti:  İş günləri: I-V günlər;  İş saatı: 09:00-18:00; Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin olunur. Tələblər Ali təhsil; Maliyyə Hesabatları üzrə biliklər; ACCA, CİA, CFE və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür; Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook); Səlis Azərbaycan dili, Rus və İngilis dili biliyi üstünlükdür; Datanın emal edilməsi və struklaşdırılması bacarığı; Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları; Şifahi və yazılı ünsiyyət bacarığı; Vaxtın səmərəli idarəedilməsi bacarığı; Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı; Obyektiv düşünmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər  Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.