Kassir (Şamaxı) - Kontakt Home

Местоположение: Bakı

Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq. Vəzifə öhdəlikləri: Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi; Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi; Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi; Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması; Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi; Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi. Namizədə tələblər: Ali təhsil; Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır; Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır; Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı; Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli; Microsoft Office programları üzrə biliklərə malik olmalı; İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır. Biz nə təklif edirik? Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və müasir iş mühiti; Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar. İş şəraiti: İş yeri: Şamaxı; İş qrafiki: Növbəli. Qeyd: Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.