Satış və əmlak üzrə məsləhətçi - Kristal

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Sahədə işləməyə, layihə və binalara mütəmadi səfər etməyə hazır olmaq; Mülkiyyətçilərlə əlaqə quraraq satmaq və ya kirayə vermək istədikləri əmlakları müəyyənləşdirmək və portfelə cəlb etmək; Potensial alıcı və kirayəçiləri araşdırmaq və cəlb etmək; Əmlak sahibi ilə potensial alıcı/kirayəçi arasında əlaqəni qurmaq və görüş/baxışları təşkil etmək; Şirkəti müştərilər qarşısında peşəkar şəkildə təmsil etmək; Qiymət və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq; Müştərinin ehtiyacını düzgün müəyyənləşdirmək və uyğun təklif təqdim etmək; Yeni əlaqələr yaratmaq və potensial müştəriləri aktiv şəkildə araşdırıb tapmaq; Telefon danışıqları və üzbəüz görüşlər vasitəsilə aktiv satış aparmaq; Danışıqları və müştəri əlaqələrini sövdələşmə bağlanana qədər davamlı şəkildə izləmək; Məlumat toplamaq, sistemləşdirmək və müştəri bazası formalaşdırmaq Tələblər: Ali təhsil; Azərbaycan dilində səlis danışıq qabiliyyəti; rus dili biliyi üstünlükdür; Yüksək ünsiyyət və insanlarla tez əlaqə qurmaq bacarığı; Aktiv satış və müştəri cəlb etmə bacarığı; Çevik, enerjili, məsuliyyətli və məqsədyönlü olmaq; Əmlak, maklerlik, aktiv satış və ya müştəri cəlbi sahəsində iş təcrübəsi üstünlükdür. Nəticə və satış yönümlü olmaq, təşəbbüskarlıq göstərmək. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satış və əmlak üzrə məsləhətçi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.