Yüklənir...
Местоположение: Bakı
İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat Vəzifə öhdəlikləri: Telefon, elektron poçt və digər kanallar vasitəsilə daxil olan SPA rezervasiya müraciətlərini qəbul etmək və idarə etmək; Qonaqlara SPA xidmətləri, prosedurlar, qiymətlər və mövcudluq barədə ətraflı məlumat vermək; SPA rezervasiyalarını sistemə düzgün daxil etmək və dəyişiklikləri vaxtında həyata keçirmək; Rezervasiyaların təsdiqi, ləğvi və dəyişdirilməsi ilə bağlı qonaqlara operativ məlumat vermək; Qonaqları qarşılamaq, qeydiyyat və çıxış proseslərini həyata keçirmək; Qonaqların xüsusi istəklərini qəbul etmək və aidiyyəti əməkdaşlara düzgün şəkildə yönləndirmək; SPA şöbəsinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları yoxlamaq və hesabatların hazırlanmasına dəstək olmaq; SPA və digər hotel şöbələri ilə koordinasiyalı işləmək; Hotelin xidmət standartlarına uyğun yüksək səviyyədə qonaq məmnuniyyətini təmin etmək. Namizədə tələblər: SPA, Front Office, Reception və ya hotelçilik sahəsində minimum 1 il iş təcrübəsi üstünlükdür; SPA və ya hotel rezervasiya sistemləri ilə işləmə bacarığı üstünlükdür; Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili biliyi üstünlükdür); MS Office proqramlarında işləmək bacarığı; Güclü ünsiyyət və müştəri xidmətləri bacarığı; Diqqətli, məsuliyyətli və operativ olmaq; Səliqəli və nəzakətli görünüş; Komanda ilə işləmək və yüksək iş tempinə uyğunlaşmaq bacarığı. İş şəraiti: Rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik kollektiv; Karyera inkişafı imkanları; Nahar təminatı; Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “SPA şöbəsi üzrə qeydiyyatçı” qeyd etmələri xahiş olunur.