Местоположение: Bakı
İşin təsviri Kompüter, monitor, klaviatura, mouse, printer və digər İT avadanlıqlarının quraşdırılması və sazlanmasını həyata keçirmək; Yeni İT avadanlıqlarının ilkin quraşdırılmasını və işə hazırlanmasını təmin etmək; Şəbəkə və kabel infrastrukturunun çəkilməsi, quraşdırılması və texniki sazlanmasında iştirak etmək; Kompüter və periferiya avadanlıqları ilə bağlı yaranan texniki problemlərin aradan qaldırılmasına dəstək olmaq; İT avadanlıqlarının düzgün istifadəsi və texniki vəziyyətinə nəzarət etmək; İT şöbəsinin gündəlik texniki işlərinin icrasında dəstək göstərmək. Tələblər Orta, orta ixtisas və ya peşə təhsili; Kompüter və İT avadanlıqları ilə işləmək üzrə ilkin praktiki biliklər; Kompüter, monitor, printer, klaviatura, mouse və digər periferiya qurğularının quraşdırılması və sazlanması üzrə bacarıqlar; Şəbəkə və kabel infrastrukturu üzrə ilkin biliklər; Texniki məsələlərə maraq və öyrənməyə açıqlıq; Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı; Azərbaycan dili sərbəst, rus dili biliyi üstünlükdür. İş şərtləri Karyera və peşəkar inkişaf üçün əla imkanlar; Rəqabətli əmək haqqı və illik bonus; Əmək haqqı razılıq əsasında təyin olunur; Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması; Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı; Nahar şirkət tərəfindən verilir; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.