Местоположение: Bakı
Şirkətimiz beynəlxalq ticarət əməliyyatlarının rəqəmsal idarəolunması istiqamətində komandasını genişləndirir. Bu vəzifə sahə üzrə əvvəlcədən təcrübə tələb etmir. Peşəni öyrədirik: seçilən namizədlər 6 həftəlik intensiv ixtisas təlimindən keçir və ardınca tam səlahiyyətli mütəxəssis kimi işə başlayır. Axtardığımız əsas keyfiyyət təcrübə deyil — analitik təfəkkür, öyrənmə sürəti və işə ciddi münasibətdir . Vakansiya fərqli sahədə təhsil almış və ya çalışmış, indi peşəsini dəyişmək istəyən namizədlər üçündür. Təlimə və əməkdaşın inkişafına ciddi resurs sərf etdiyimiz üçün uzunmüddətli yol yoldaşı axtarırıq . Yaş və cinsiyyət məhdudiyyəti yoxdur, sadəcə kişi namizədlərdən hərbi xidməti başa vurmuş olmaq tələb olunur. Əsas öhdəliklər: Beynəlxalq ticarət əməliyyatları üzrə rəsmi sənəd dəstləri vasitəsilə dövlət elektron platformalarında (mygov, e.customs, AQTİS və.s) müəyyən hesabatların aparılması, müraciətlərin hazırlanması və proseslərin sonadək izlənməsi; Əməliyyat tələblərinin vaxtında müəyyənləşdirilməsi; Malların beynəlxalq təsnifat sistemləri üzrə kodlaşdırılması və normativ bazaya istinadla xüsusi halların aşkarlanması; Ticarət və daşıma sənədlərinin (müqavilə, hesab-faktura, qablaşdırma siyahısı, daşıma qaiməsi, mənşə sənədləri və s.) dəqiqliklə yoxlanması, uyğunsuzluqların aşkarlanıb aradan qaldırılması; Qüvvədə olan normativ aktlara və beynəlxalq ticarət şərtlərinə (INCOTERMS) uyğun olaraq ödəniş öhdəliklərinin hesablanması; Daxili rəqəmsal sistemlərdə əməliyyat məlumatlarının strukturlaşdırılması və hesabatlığın aparılması. Tələblər Analitik bacarıqlar (əsas meyar) Mürəkkəb sənədləri (müqavilələr, hesablar, texniki spesifikasiyalar) oxumaq, strukturlaşdırmaq və məzmunu tez qavramaq; Riyazi-analitik təfəkkür, məntiqi ardıcıllıq qurmaq və detallar arasındakı uyğunsuzluğu görmək bacarığı. Kompüter səriştəsi İnamlı istifadəçi səviyyəsi; yeni proqram təminatını sürətlə mənimsəmək; MS Office, xüsusilə Excel (IF, SUMIF, VLOOKUP, Pivot Table və s.); Rəqəmsal sistemlər, süni intellekt alətləri və veb platformalarla işləmə vərdişi. Təhsil Ali təhsil. İqtisadiyyat, maliyyə, beynəlxalq ticarət, hüquq, mühəndislik, riyaziyyat və ya informasiya texnologiyaları istiqamətləri üzrə məzunlara üstünlük verilir. Sahə bilikləri (üstünlükdür, məcburi deyil) INCOTERMS 2020 şərtləri ilə tanışlıq; Təchizat zənciri, beynəlxalq ticarət və iqtisadiyyat üzrə ümumi biliklər; Milli normativ qanuni aktlarla bağlı ümumi biliklər. Dil və ünsiyyət Azərbaycan dili — mükəmməl (şifahi və yazılı); Rus və/və ya İngilis dili — işgüzar ünsiyyət səviyyəsində; Komanda daxilində işləmək və məsuliyyəti öz üzərinə götürmək bacarığı. Şəxsi keyfiyyətlər Məsuliyyətli və detallara həssas; Çoxtapşırıqlı (multitasking) rejimdə işləməyi bacaran; Yeniliyə açıq, öyrənməyə həvəsli, sistemli düşünən. Seçim və təlim prosesi Namizədlər yazılı və praktiki imtahan əsasında seçilir (analitik və riyazi bacarıqlar, Excel, sənəd oxuma); Uğurlu namizədlər 6 həftəlik intensiv ixtisas kursuna qəbul olunur; Namizədlər təlim müddətində normal rejimdə işə gəlirlər; Təlim müddətində namizədlərin qidalanma və nəqliyyat xərcləri qarşılanır Təlimi uğurla başa vuran əməkdaşlar daimi vəzifəyə təyin olunur. Vəzifənin fəaliyyət sahəsi və komanda strukturu barədə ətraflı məlumat müsahibə mərhələsində təqdim olunur. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Analitik" başlığı ilə göndərə bilərsiniz. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.