Administrator / Supervisor - Mingo Coffee & Croissant

Местоположение: Bakı

Bakı şəhərinin mərkəzində yerləşən coffee shop, kafe və restoranlarımız üçün Administrator / Supervisor vəzifəsinə məsuliyyətli, enerjili və idarəetmə bacarığı olan əməkdaş axtarırıq. Namizədin təcrübəsi, bilik və bacarıqları nəzərə alınaraq, onun üçün daha uyğun olan obyekt müəyyən ediləcək. İş yeri: Bakı şəhəri, mərkəz Sahə: Coffee shop / Kafe-Restoran Vəzifə öhdəlikləri Obyektin gündəlik iş prosesinin düzgün və fasiləsiz təşkil edilməsi; İşçilərin gündəlik fəaliyyətinə nəzarət və iş bölgüsünün aparılması; Yeni əməkdaşların seçilməsi, müsahibələrin keçirilməsi və işə qəbul prosesində iştirak; İşçilərin davamiyyətinə, intizamına və iş keyfiyyətinə nəzarət; Xidmət standartlarının qorunması və komandanın bu standartlara uyğun işləməsinin təmin edilməsi; Kassa əməliyyatlarına və gündəlik kassa hesabatlarına nəzarət; Gündəlik sifarişlərin qəbulu, yoxlanılması və düzgün sayımının aparılması; Anbar və məhsul qalıqlarına nəzarət, çatışmazlıqların vaxtında müəyyən edilməsi; Məhsulların düzgün saxlanmasına və istifadə müddətlərinə nəzarət; Müştərilərə göstərilən xidmətin keyfiyyətinə nəzarət və müştəri məmnuniyyətinin artırılması; Müştərilərdən daxil olan müraciət və problemlərin operativ şəkildə həll edilməsi; Obyektdə nizam-intizamın, təmizliyin və ümumi iş standartlarının qorunmasına nəzarət; İş prosesində yaranan problemlərin vaxtında müəyyən edilməsi və rəhbərliyə bildirilməsi; Gündəlik iş nəticələri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi. Namizədə tələblər Kafe, restoran, coffee shop və ya xidmət sektorunda idarəçilik təcrübəsi; Komandanı idarə etmək və iş prosesini düzgün təşkil etmək bacarığı; Güclü ünsiyyət və problem həll etmə bacarığı; Məsuliyyətli, diqqətli, intizamlı və nəticəyönümlü olmaq; İşçilərlə sağlam kommunikasiya qurmaq, eyni zamanda tələbkar və obyektiv olmaq; Stressli və intensiv iş şəraitində operativ qərar qəbul etmək bacarığı; Müştəriyönümlü yanaşma və yüksək xidmət anlayışı; Kassa və maliyyə əməliyyatlarına nəzarət bacarığı; Detallara diqqət və problemləri vaxtında müəyyən etmək bacarığı; Növbəli iş qrafikinə uyğun işləmək imkanı; Azərbaycan dilini səlis bilmək; Rus və ingilis dillərini bilmək üstünlükdür; MS Office, Google Sheets və kassa proqramları ilə işləmək bacarığı üstünlükdür. Biz təklif edirik Əmək haqqı: 1000 AZN; Bakı şəhərinin mərkəzində iş yeri; Stabil və uzunmüddətli əməkdaşlıq imkanı; Peşəkar inkişaf və idarəetmə təcrübəsini artırmaq imkanı; Namizədin təcrübə və bacarıqlarına uyğun obyekt üzrə yerləşdirmə. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Administrator / Supervisor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.