Местоположение: Bakı
İş yeri: Şabran və Qusar rayonları Məşğulluq növü: Tam iş günü Vəzifə öhdəlikləri: Meyvə bağlarında aqrotexniki işlərin planlaşdırılması, icrası və icrasına nəzarət; Bitkilərin inkişaf vəziyyətinin mütəmadi izlənilməsi; Suvarma, gübrələmə, budama və bitki mühafizəsi tədbirlərinin təşkili; Xəstəlik və zərərvericilərin vaxtında müəyyən edilməsi, mübarizə tədbirlərinin görülməsi; Məhsuldarlığın və məhsul keyfiyyətinin artırılması üzrə təkliflərin hazırlanması; Görülmüş işlər və bağların vəziyyəti barədə hesabatların təqdim edilməsi; Sahə işçilərinin fəaliyyətinin əlaqələndirilməsi və iş prosesinə nəzarət; Bağın cari və uzunmüddətli məhsuldarlığının təmin edilməsi məqsədilə bütün zəruri aqrotexniki tədbirlərin və vəzifə funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; Rəhbərliyin tapşırığı əsasında digər işlər. Namizədə tələblər: Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə ali və ya peşə ixtisas təhsili; Meyvəçilik və bağçılıq sahəsində azı 5 il iş təcrübəsi (Quba və Xaçmaz rayonlarında iş təcrübəsi olan namizədlərə üstünlük verilir); Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə biliklər; Şabran və Qusar rayonlarında işləmək və mütəmadi olaraq təsərrüfat sahələrində olmaq imkanı; Məsuliyyətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı. Şirkət tərəfindən təmin edilir: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun əmək müqaviləsi; Qida təminatı; Mobil rabitə təminatı; Stabil və uzunmüddətli iş imkanı; Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Maraqlanan namizədlər mövzu hissəsində “Aqronom” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.