Yüklənir...
Местоположение: Bakı
Qaymaq Premium yeni istehsalat istiqamətinin genişləndirilməsi və peşəkar komandanın formalaşdırılması çərçivəsində kolbasa istehsalı sahəsində təcrübəli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Vəzifə öhdəlikləri: Kolbasa və ət məhsullarının istehsal prosesində iştirak etmək; Ət xammalının ilkin emalı, çeşidlənməsi və hazırlanmasını həyata keçirmək; Qiymənin hazırlanması, qarışdırılması və emalı proseslərini bilmək; Kolbasa kütləsinin doldurulması və klipslənməsi proseslərini həyata keçirmək; Bişirmə, hisəvermə, soyutma və digər texnoloji mərhələlərdə iştirak etmək; İstehsalat avadanlıqlarının düzgün istismarını təmin etmək; Məhsulun keyfiyyətinə və texnoloji tələblərə uyğunluğuna nəzarət etmək; Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək. Namizədlərə tələblər: Məhz kolbasa və ət məhsulları istehsalı sahəsində iş təcrübəsinin olması; Kolbasa istehsalının müxtəlif mərhələləri üzrə praktiki bilik və bacarıqlara malik olmaq; İstehsalat avadanlıqları ilə işləmək təcrübəsi; Müxtəlif növ kolbasa məhsullarının hazırlanması üzrə təcrübə; Azərbaycan və Rus dilini bilmək; Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı. İş şəraiti: İş yeri: Bakı şəhəri Binəqədi yolu 100 Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir; Rəsmi əmək müqaviləsi. Nahar şirkət tərəfindən təmin edilir Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Əlaqə: 0552531364