Yüklənir...
Местоположение: Bakı
İş şəraiti İş yeri: Masallı, Lənkəran şəhəri, Cəlilabad, Biləsuvar şəhərləri İş saatı 09:00 – 18:00 Əmək haqqı 400 Azn + nəticələrə əsasən bonus və mükafatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun elektron sənədləşmə aparılır; Stabil əmək haqqı və nəticələrə əsasən bonus və mükafatlar; Maaş namizədin təcrübəsinə və performansına uyğun təyin olunur; İldə bir dəfə iş stajına uyğun olaraq şirkət hesabına məzuniyyət verilir; Vəzifə öhdəlikləri Gündəlik tibbi müəssisələrin və digər potensial müştərilərin ziyarəti, yeni müştərilərin cəlb edilməsi; Məhsulların tanıdılması, təqdim edilməsi, tələbat yaradılması və satışının təşkili; Bazarın araşdırılması, məhsul və müştəri ilə bağlı satış məlumatlarının analizi; Korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi; Satış strategiyasına uyğun olaraq müştəri bazasının formalaşdırılması; Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması. Tələblər Ali və ya orta tibb təhsili; Səlis və aydın nitq, sistemli təqdimat bacarığı; Rəsmi və səliqəli geyim tərzi; Dürüstlük, məsuliyyətlilik, dəqiqlik və yüksək icraçılıq bacarığı; Dinamik iş rejiminə və kollektivdə işləməyə uyğunluq; Təcrübə 1-3 il; Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .