Yüklənir...
Местоположение: Bakı
İşəgötürən: Ticarət mərkəzi/Samiramis şəxsi firması Vəzifə öhdəlikləri Sifarişlərin qəbulu və düzgün təhlili; Sifarişlərin keyfiyyətli və uyğun qiymətli mal-materiallarla (iş və xidmətlə) təmin olunması; Tədarükçülərin (Mal, iş və xidmət satanların) araşdırılması, əlaqələrin yaradılması; Lazım olan mal - materiallar üzrə mütəmadi olaraq texniki məlumat və qiymət araşdırılmasının aparılması; Tədarükçülərlə (Mal, iş və xidmət satanlarla) müqavilələrin bağlanmasını təmin etmək; Müqavilənin icrası uçotunun aparılması; Malların alınması, gətirilməsi və anbara təhvil verilməsi; Ödənişlərin nəğdsiz qaydada (köçürmə yolu ilə) aparılmasını təmin etmək; Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması; Namizədə tələblər: Ali təhsilli (iqtisadi və texniki təhsillilərə üstünlük verilir); Mal - materialları tanıma bacarığı olmalı; 1 ildən az olmayaraq iş təcrübəsi; MS Office proqramlarında yaxşı səviyyədə işləməyi bacarmalı; Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları; Ciddi, kollektivdə işləmə bacarığı olan; Məsuliyyətli, stresə davamlı; Ünsiyyətcil, təşəbbüskar; Analitik yanaşma qabiliyyəti; İşdə dəqiqlik və detallara fikir vermə bacarığı. İş yeri şəhərin mərkəzində - Sahil ticarət mərkəzinin yaxınlığında yerləşir. Əmək haqqı başlanğıc olaraq 800 Azn Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərin mövzu yerində “Təchizatçı” qeyd edərək öz CV- lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyi xahiş olunur.